Marneulidə tikililmiş olan amma istifadəyə verilməyən Sadaxlı və
Algeti kəndlərindəki bağçalar hələdə öz yetirmələrini qəbul edə
bilməyir.
Bağçalar mart ayında açılması nəzərdə tutulsada bu baş
tutmayıb.
Buna səbəb isə baxçaların daxili dizayının hazır olmamasıdır. Bunu
Marneuli bələdiyyəsinin Birləşmiş Uşaq Bağçaları Birliyinin rəhbəri
Zaur Kərəmov “Marneuli” radiosuna bildirdi. Onu da bildirdi ki,
dizaynın hazır olmamasına səbəb isə tenderlərdə yaranan problemlər
olub.
Zaur Kərəmov onu da əlavə etdi ki, bağçalar sentyabr ayına kimi tam
hazır olacaq. Bunun üçün may ayının sonuna qədər bütün işləri
tamamlanmasını planlaşdırılır.
Xatırladaq ki, Marneuli bələdiyyəsində 13 uşaq bağçası fəaliyyət
göstərir.