Marneuli şəhərində
sərnişinlərin daşınması saat 20:00-dək davam edəcək.
Marneuli bələdiyyəsinin rəsmi facebook səhifəsində paylaşılmış
məlumatda qeyd olunub ki, Marneulidə Qızılhacılı-dəmiryolu keçidi
xətt üzrə hərəkət edən 3 saylı avtobus axşam saat səkkizədək
hərəkət edəcək.
Meriyanın məlumatında o da deyilir ki,
Marneuli meri Temur Abazovun qərarına əsasən ilkin mərhələdə
nəqliyyat xidmətinin qrafikinin artırılması yalnız Marneuli
şəhərinə aiddir. Bununla belə yaxın gələcəkdə digər marşrutlar üzrə
hərəkət edən nəqliyyatların vaxtının artırılması da
planlaşdırılır.
Marneuli bələdiyyəsində sərnişindaşıma həm
bələdiyyəyə aid avtobuslarla, həm də şəxsi mikroavtobuslarla həyata
keçirilir.