Bu gün, 20 aprel tarixində Marneuli meriyasında bələdiyyənin turizm
resurslarının inkişafı məqsədilə görüş keçirildi.
Görüşdə Marneuli meriyasının mədəniyyət xidmətinin nümayəndəsi
Elquca Kupatadze rayonun mədəni-irsi abidələrini iştirakçılara
təqdim etdi və qeyd etdi ki, Marneuli turist axını baxımından
2016-cı ilin göstəricilərinə əsasən Gürcüstanda üçüncü yerdədir,
lakin burada qalmaq baxımından vəziyyət ürəkaçan deyil.
“Qeyd edim ki, son illər ərzində Marneuli ənənəvi
olaraq yaşam sürür. Əsas ənənvi bayramlar Alilo, 26 may, Novruz
bayramıdır. 2015-ci ildə biz Marneuli bələdiyyəsində 108 mədəni
abidə qeydə aldıq və 80 faizinə abidə status verildi”
-deyə Elquca Kupatadze bildirdi.
Təqdimat başa çatdıqdan sonra görüşdə iştirak edən Qeyri hökumət
təşkilatları nümayəndələri görüş iştirakçılarını turistləri
otellərdə və ya “Qest haus”larda (Guest House) yerləşdirəcək turizm
obyektlərinin sayının necə artırıla biləcəyi barədə məlumatla tanış
etdilər.
Layihə USAİD-in maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin bir
neçə istiqaməti var ki, bunlardan da biri turizmdir. “Yaradıcı
inkişaf mərkəzi” təşkilatının direktoru Davit Merulaşvili deyir ki,
birbaşa təlimlərin keçirilməsinə may ayında başlanılacaq. Layihə 10
bələdiyyəni və 5 bölgəni, o cümlədən Marneulini əhatə edir.
“Bizim işimiz ona görə vacibdir ki, hər bi şəxsə kömək
edirik. Gələcəkdə biznes və başlayanlar və yaxud maraqlananlar
hamısına kömək edirik. Konkret yer, müəssisə və ya otaq necə
ayrılmalıdır. Beynəlxalq platformalarda necə qeydiyyatdan
keçməlidirlər. Mətn necə yazılmalıdır ki, turistləri cəlb edək və
ya gələcəkdə biznesi necə kapitala çevirə bilərlər” –
deyə Davit Merulaşvili bildirdi.
Aram Akopyan layihənin Marneuli rayonu üzrə mentorudur. O, qeyd
edir ki, Marneulidə turizm baxımından əhəmiyyətli olan resursların
istifadəsi barədə sakinləri məlumatlandırmaq çox mühümdür.
“Potensial çoxdur ancaq xalq az maraqlanır. Düşünürəm
qoşmalıyıq və əhaliyə məlumat verməliyik. Turzmin necə qəbul
olunmasını başa salmalıyıq və regionda bunu inkişaf
etdirməliyik” – deyə Aram Akopyan bildirdi.
Görüşdə Marneuli meriyasının əməkdaşları, müxtəlif qeyri hökumət
təşkilatlarının nümayəndələri və digər maraqlanan şəxslər iştirak
edirdilər.