Marneulidə mövcud olan qeyri-kənd təsərrüfatı təyinatlı torpaqların normativ qiymətləri artıb
Bu gün, 20 aprel tarixində Marneuli bələdiyyə məclisinin növbədənkənar iclası keçirilib. İclasda müzakirə üçün beş məsələ çıxarılıb. Birinci məsələ Marneuli bələdiyyəsinin mülkiyyətində olan özəlləşdirmə nüsxəsinin təsdiqlənməsinə aid idi. Bununla bağlı bələdiyyə məclisi aparatının sədri Nino Beridze danışdı.

"Bu yalnız nüsxənin, siyahının təsdiqlənməsidir. Sonra bu təsdiqlənmiş siyahıya əsasən bələdiyyənin icraçı orqanı auditlə müqavilə bağlayacaq. Audit bu satılacaq məhsulun ümumi dəyərini araşdıracaq, neçəyə satılmalıdır, hansı müddətdə nəzərə alınmalıdır bunların hamısı nəzərə alınacaq" - deyə Nino Beridze bildirdi.

Bələdiyyə məclisinin sədri onu da qeyd etdi ki, bələdiyyə məclisinin sonrakı iclasında təsdiqləmək üçün yazılmış özəlləşdirmə nüsxəsi daxil olacaq və nəticədə əmlak satış üçün hərraca çıxarılacaq. Birinci məsələyə eləcə də Marneuli bələdiyyəsində mövcud olan banerlərin hərrac qaydası ilə verilməsi məsələsi də əlavə olunmuşdu.

"Bu gün bu banerlərin siyahısı ilə birgə mövcud olan bələdiyyənin təsdiqlədiyi  qaydaya da dəyişiklik daxil oldu.  Əvvəl mərkəzi və ya kənar yerə reklam banerlərinə dair qiymətlər olurdusa indi bunu audit xidməti araşdıracaq və hər bsnerin özünün müəyyən edilmiş qiyməti olacaq"deyə Nino Beridze bildirdi.

Bələdiyyə məclisinin iclasında müzakirə olunan ikinci məsələ Marneuli bələdiyyəsində dövlət və bələdiyyə mülkiyyətində olan qeyri-kənd təsərrüfatı təyinatlı sahələrin normativ qiymətinin müəyyənləşdirilməsinə aid idi. Nino Beridze bələdiyyənin bu qərarını bazar iqyisadiyyatı dəyişiklikliyinə bağlayır.

"Bazar iqtisadiyyatının dəyişməsinə baxmayaraq illərdir ki, qiymətlər eynidir. Bu da büdcəyə əlavə gəlir gətirəcək. Kənd təsərrüfatına aid olmayan sahələrin dəyərinin də müəyyənləşdirilməsi oldu. Müqayisə də edim əvvəl mərkəzdə qiymət 26 lari idisə indi təsdiqləndi 45 lari olacaq" - deyə Nino Beridze bildirdi.

Bələdiyyə məclisinin iclasında müzakirə üçün eləcə də Tamarisi inzibati ərazi vahidliyində yaşayan Mariam Kaldaninin məsələsi də çıxarılmışdı. O, istisna hal olaraq göz əməliyyatı üçün maliyyə yardımı istəyir.

Beşinci müzakirə olunacaq məsələ Marneuli bələdiyyəsində meriyada ştat nüsxəsinin təsdiqlənməsinə və “meriyanın vəzifəli şəxsləri və ictimai məmurlarının maaşının miqdarının müəyyənləşdirilməsi haqqında” Marneuli bələdiyyə məclisinin 2018-ci il 02 mart tarixli 12 saylı sərəncamına dəyişikliyin edilməsi ilə bağlı idi. Sərəncama əsasən sahə qurulması və infrastruktur xidmətinin struktur şöbələrinin adları səhv göstərilib. Bələdiyyə məclisi iclasda irəli sürülmüş beş məsələni də dsətəklədi. İclasda üzrlü səbəbə görə bələdiyyə məclisinin sədri Amiran Qiorqadze iştirak etmirdi.



Bazar iqtisadiyyatının dəyişməsinə baxmayaraq illərdir ki, qiymətlər eynidir. Bu da büdcəyə əlavə gəlir gətirəcək. Kənd təsərrüfatına aid olmayan sahələrin dəyərinin də müəyyənləşdirilməsi oldu. Müqayisə də edim əvvəl mərkəzdə qiymət 26 lari idisə indi təsdiqləndi 45 lari olacaq
Print ელ. ფოსტა
FaceBook Twitter Google