Marneuli
Meriya sahibsiz itlər üçün sığınacaq tenderini elan edənə qədər Marneulidə it daha bir nəfəri dişlədi
25 aprel tarixində təqribən saat 18:00 radələrində Marneulidə “Çay Evinin” ərazisində 1 nəfəri it dişləyib. O, Marneuli-Bakı marşrutu üzrə sərnişin avtobusunda çalışır. İt dişləyəndən sonra zərər çəkən şəxs tibbi müəssisəyə müraciət edərək peyvənd vurdurub. Marneulidə sahibsiz itlər problemi uzun zamandır ki, mövcuddur. Günün hər hansı hissəsində küçələrdə çoxlu sayda sahibsiz it görə bilərsiniz.
Biz bu gün həmin ərazidə olduq və itin hücumuna məruz qaldıq. Bizi itlə bizim aramızda olan dəmir barmaqlar qoruyurdu. Həmin ərazidə olan sakinlər və sürücülər itin təhlükəli olduğunu dedilər və bildirdilər ki, itdə ola bilsin quduzluq olsun. Sakinlər onu da əlavə etdilər ki, zərər çəkən vətəndaş nəqliyyat avtobusu üçün Alget çayından su gətirməyə gedirmiş. Həmin vaxt itin hücumuna məruz qalıb və xəsarət alıb. "Çay Evi"nin ərazisində olan mühafizəçi bildirdi ki, hər kəs bu ərazidən istifadə edir. İndi onlar buradan istifadə etməsinlər deyə onlara xəbardarlıq edirlər. Amma bəzən sakinlər onların sözlərini dinləmirlər.

Meriya mövcud problemin həllini necə planlaşdırmağı nəzərdə tutur. Marneuli meriyasından bildirirlər ki, sahibsiz itlər məsələsi üzərində çalışmalar gedir, bunun üçün meriya büdcədən 20 000 lari dəyərində məbləğ ayırıb. Tender elan etməyi isə yaxın günlərdə planlaşdırırlar.
Marneulidə itlər üçün sığınacaq yoxdur. Marneuli meriyası isə itlərin sığınacaq xidməti üçün 2017-ci ilin sentyabrında tender elan edibmiş. Tenderdə yalnız bir fərdi sahibkar, Giorgi Mağlaperidze iştirak edib. Tenderin dəyəri 12 700 larini təşkil edib. İtlər Ozurgetinin sığınacağına aparılıb, ancaq Mağlaperidze bizimlə söhbət zamanı bildirir ki, tenderdə nəzərdə tutulduğu qədər itlərin tam sayını apara bilməyib.

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Marneuli
meriyası itlərin sığınacaq xidməti üçün yeni tender elan
edib.
17:33 / 15.02.2019
Marneuli meriyası itlərin sığınacaq xidməti üçün yeni tender elan edib.
Marneuli-Bolnisi yolunda, Qoçulu kəndində
minik avtomobili ağaca çırpılıb.
13:26 / 15.02.2019
Marneuli-Bolnisi yolunda, Qoçulu kəndində minik avtomobili ağaca çırpılıb.
Marneuli bələdiyyəsinin Qullar ərazi
vahidliyinin mütəxəssisi güman ki, narkotik maddələrin satışına
görə saxlanılıb.
12:52 / 15.02.2019
Marneuli bələdiyyəsinin Qullar ərazi vahidliyinin mütəxəssisi güman ki, narkotik maddələrin satışına görə saxlanılıb.
Marneulidə
2000-ci il təvəllüdlü yeniyetmənin intihar etdiyi güman
olunur.
12:05 / 15.02.2019
Marneulidə 2000-ci il təvəllüdlü yeniyetmənin intihar etdiyi güman olunur.
Marneulinin
gender şurası tək analara 8 mart hədiyyəsi
verəcək.
15:54 / 14.02.2019
Marneulinin gender şurası tək analara 8 mart hədiyyəsi verəcək.
Bu il, ilk gender şurası, 14 fevralda
keçirildi. Görüşün məqsədi şurada üzvlərin sayının dəyişdirilməsi
və yenisi ilə əvəz olunması idi.
15:08 / 14.02.2019

Bu il, ilk gender şurası, 14 fevralda keçirildi. Görüşün məqsədi şurada üzvlərin sayının dəyişdirilməsi və yenisi ilə əvəz olunması idi.

Marneuli Bələdiyyə Məclisi Temur Abazov
tərəfindən vəzifəsini tərk etməklə bağlı ərizəsini arayış şəklində
bu gün, 14 fevralda qəbul etdi.
11:56 / 14.02.2019
Marneuli Bələdiyyə Məclisi Temur Abazov tərəfindən vəzifəsini tərk etməklə bağlı ərizəsini arayış şəklində bu gün, 14 fevralda qəbul etdi.