Marneuli
Güclü yağış nəticəsində evini su basmış 8 nəfərlik ailə meriyadan kömək gözləyir
Marneulidə 2 iyun tarixində yağan güclü yağış nəticəsində 5 küçənin sakinlərinə ziyan dəymişdir. Yağlıca yüksəkliklərindən axan güclü sel Marneulinin Vaja Pşavela, Ağmaşenebeli, Yağlıca, Sulxan Saba, Leselidze və Kobuleti küçələrinin sakinlərinin evlərini və zirzəmilərini basıb.

Ağmaşenebeli küçəsi 25 ünvanında yaşayan Zeynalovlar ailəsi də daşqından əziyyət çəkən ailələrdən biridir. Kiçik və iki otaqlı evdə yaşayan 8 nəfərlik ailənin evlərində olan bütün əşyalar su altında qalıb. Orada olduğmuz zaman evin daxilində çəkiliş aparmaq istədik. Uzunboğaz rezin çəkmə geymədən evin içində hərəkət etmək mümkün deyildi.

Zeynalovlar ailəsinin üzvü 68 yaşlı Bənövşənin sözlərinə görə,evlərini özləri təmizləməyə çalışırlar. Onu da qeyd edirlər ki, onların vəziyyəti ilə hələ ki, heç kəs maraqlanmayıb.



Zeynalovlar ailəsinin sözlərinə görə ötən gün Marneuli meri Temur Abazovla və parlamentin deputatı Ruslan Hacıyevlə görüşüblər. Onlar söz veriblər ki, onlara kömək göstəriləcək. Amma onlara nə zaman kömək göstəriləcəyi məlum deyil.

Xatırladaq ki, bələdiyyədə dəyən ziyanın hesablanması üçün xüsusi komissiya artıq yaradılıb. Komissiyaya Marneuli meri Temur Abazov rəhbərlik edir.

Marneuli bələdiyyəsindən verilən məlumata görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yaradılmış qrupun tərkibinə merin müavinləri, bələdiyyə məclisinin üzvləri və struktur vahidlərin nümayəndələri daxildirlər. Qrupun yaradılmasında məqsəd zərərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsidir.



| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Gürcüstanın Heyvanların Mühafizəsi
Federasiyasının rəhbəri Temur Lacğebiani məqaləni silmək tələbi ilə
bizimlə əlaqə saxladı.
18:11 / 18.02.2019
Gürcüstanın Heyvanların Mühafizəsi Federasiyasının rəhbəri Temur Lacğebiani məqaləni silmək tələbi ilə bizimlə əlaqə saxladı.
Marneuli majoritar deputatı Ruslan Hacıyev bu
gün, 18 fevral tarixində sakinləri qəbul edib,
14:56 / 18.02.2019

Marneuli majoritar deputatı Ruslan Hacıyev bu gün, 18 fevral tarixində sakinləri qəbul edib,

“Bazar ertəsi kim facebookda
pələnglik edir onu gözləyirəm” – bu bəyanatı bizimlə
söhbət zamanı Marneulinin
12:40 / 18.02.2019
“Bazar ertəsi kim facebookda pələnglik edir onu gözləyirəm” – bu bəyanatı bizimlə söhbət zamanı Marneulinin
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq
xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində saxta
peşə
12:22 / 18.02.2019
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində saxta peşə
Marneulidə 26 may küçəsində qazdoldurma
stansiyasında partlayış baş verib. Hadisə bu gün, səhər saat 9:30
radələrində qeydə alınıb.
11:05 / 18.02.2019
Marneulidə 26 may küçəsində qazdoldurma stansiyasında partlayış baş verib. Hadisə bu gün, səhər saat 9:30 radələrində qeydə alınıb.
Marneuli
meriyası itlərin sığınacaq xidməti üçün yeni tender elan
edib.
17:33 / 15.02.2019
Marneuli meriyası itlərin sığınacaq xidməti üçün yeni tender elan edib.
Marneuli-Bolnisi yolunda, Qoçulu kəndində
minik avtomobili ağaca çırpılıb.
13:26 / 15.02.2019
Marneuli-Bolnisi yolunda, Qoçulu kəndində minik avtomobili ağaca çırpılıb.
Marneuli bələdiyyəsinin Qullar ərazi
vahidliyinin mütəxəssisi güman ki, narkotik maddələrin satışına
görə saxlanılıb.
12:52 / 15.02.2019
Marneuli bələdiyyəsinin Qullar ərazi vahidliyinin mütəxəssisi güman ki, narkotik maddələrin satışına görə saxlanılıb.
ვიდეო სიახლეები