Bələdiyyənin veb-səhifəsində Bələdiyyə Məclisinin yalnız 10 deputatı haqqında məlumat yerləşdirilib
Marneuli bələdiyyəsinin rəsmi veb-səhifəsində altıncı çağırış Bələdiyyə Məclisinin deputatlarının bəziləri haqqında məlumat 7 aydan sonra yerləşdirildi.

Bələdiyyənin veb-səhifəsində Bələdiyyə Məclisinin sədri və daha 9 üzvü haqqında məlumat yerləşdirilib. Konkret olaraq onların əlaqə məlumatları, iş təcrübələri və təhsilləri haqqında məlumat qeyd olunub.

Bələdiyyə Məclisinin 25 üzvü haqqında isə veb-səhifədə hələ də məlumat yerləşdirilməyib.

Bələdiyyənin saytında Bələdiyyə Məclisinin fraksiyaları, komissiyaları və bürosu haqqında da məlumat yerləşdirilib. Bələdiyyə Məclisi Aparatı və Bələdiyyə Məclisinin sədrinin köməkçisinə gəlincə, onlar haqqında məlumat dərc olunmayıb.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Gürcüstan Marneuli bələdiyyəsinin rəsmi saytının monitorinq nəticələrini yayımlayıb. Nəticəyə əsasən Marneuli bələdiyəssinin veb-səhifəsində ictimai məlumatların əksəriyyəti yayımlanmır.

Nümunə üçün götürək - Marneuli Bələdiyyəsinin rəsmi veb-səhifəsində bələdiyyə məclisinin üzvləri və vəzifəli şəxslər haqda məlumat yerləşdirilməlidir, ancaq saytda qeyd olunan haqda məlumat tapılmır.

Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze bizimlə söhbət zamanı deyir ki, saytda məlumatın olmamasının səbəblərindən biri veb-shəfənin yenilənmə prosesidir.

“Bizim PR xidmətimiz yoxdur, indi isə artıq var. Ümumi baza düzəltmişik və təqribən həftə sonuna qədər hər şey yüklənəcək” – deyə Nino Beridze bildirdi.



Beynəlxalq Şəffaflıq Gürcüstanın araşdırmasında həmçinin deyilir ki, Marneuli bələdiyyəsi ictimai məlumatı praktiki olaraq yayımlamaq qaydasını hələ də qəbul etməyib. Bunu tənzimləyən normativ aktları bələdiyyə 5 il bundan əvvəl qəbul etməli idi. Bələdiyyə məclisi aparatının rəhbəri təsdiq etdi ki, bu növ nomativ akt bələdiyyədə həqiqətən də yoxdur amma onlar qəbul etmək üzərində çalışırlar.

Saytda eləcə də meriyanın vakant mövqelərinin siyahısı, müsabiqənin nəticələri, müsabiqənin şikayət olunması qaydaları və prosedurları haqqında məlumat tapılmır. Vətəndaş sayt vasiətsilə bələdiyyənin alqı-satqıya dair illik planı, reklam yerləşdirmək üçün sərf olunan xərclər, bələdiyyənin özəlləşdirmə nüsxəsi haqqında və.s. məlumat ala bilməz.

Marneuli meriyasının PR və məlumat şöbəsinin rəhbəri Mariam Xaçidze təsdiq edir ki, bələdiyyənin saytında müəyyən ictimai məlumatlar yerləşdirilməyib.

“Müəyyən ictimai məlumatlar həqiqətən də saytda yoxdur. Ancaq qeyd olunan məsələ üzərində çalışırıq. Xüsusi dərsliyimiz var ki, təşkilatlardan biri bizə verib və mərhələli şəkildə məlumatların yenilənməsi gedir. Adı da dəyişdi. İcra hakimiyyəti idik və meriya olduq. Müvafiq olaraq bütün aktlar və məlumatlar yenilənməlidir və ilkin mərhələdə bunu düzəltdik. İndi isə az-az bu məsələ üzərində çalışırıq” – deyə Mariam Xaçidze bildirdi.



Meriyanın PR və Məlumat şöbəsinin rəhbəri həmçinin qeyd etdi ki, məlumat bazası onların əlində olan kimi mərhələli şəkildə və ya tam olaraq sayta yükləyəcəklər.

Xatırladaq ki, Marneuli Bələdiyyəsi veb-səhifəsinin yenilənməsi iki ildən artıqdır ki, davam edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google