Təbii fəlakət nəticəsində dəyən zərəri təmizləmə işləri başa çatdıqdan sonra hesablayacaqlar
2 iyun tarixində Marneulidə baş vermiş fəlakət nəticəsində dəymiş zərərin hesablanmasına hələ başlanılmayıb və yenidən təmizləmə işləri gedir.

Hal hazırda yaşayış evlərində qalan tuallantıların təmizlənməsini "Təmiz Marneuli" MMC-yə tapşırıblar. Həmin MMC-nin direktoru Leri Mumladzenin bizimlə söhbət zamanı dediyinə görə təmizləmə işlərinə başlayıblar.

"Hal-hazırda Ağmaşenebeli küçəsi 42 ünvanında başladıq. Davam edəcəyik, işləyirik, təmizləyirik, həyətlərdən palçığı çıxarırıq, nə bilim min cür şeylər çıxarırıq" - deyə bildirdi Leri Mumladze.



Marneuli meriyasında artıq fəlakət nəticələrinin (zərərin) aradan qaldırılması üçün qrup yaradılıb. Zərərin hesablanması hansı müddətə başa gələcək bu haqda dəqiq məlumat verməkdə qrup üzvlərindın biri Laşa Lobjanidze çətinlil çəkir. Ancaq deyir ki, aradan qaldırma işləri aktiv şəkildə həyata keçirilir.

"Aktif işlər davam edir, nəticələrin aradan qaldırılması işlərinə meriyanın xidmətləri qoşulub" - deyə bildirdi Laşa Lobjanidze.



2 iyunda baş vermiş fəlakət ərazisində zamanı Fövqəladə Halların İdarəsi Xidmətinin nümayəndələri də olublar və aradan qaldırma işlərini yerinə yetiriblər.

Kvemo Kartlinin Fövqəladə Halların İdarəsi Xidmətinin direktor müavini David Qelaşvili bizimlə söhbət zamanı bildirdi ki, evaukasiya işlərində 10 yanöın söndürən şöbəsi iştirak edirmiş. Evuakuasiya işlərinin həyata keçirilməsində isə 40 qədər yanğınsöndürən iştitak edib. Fəlakətdə qurban olmayıb.

Amma ilk əvvəl təhlükəli ərazidən 50 yə qədər şəxsi çıxarmalı olublar. Onlar artıq evlərindədirlər. Ancaq bir ailə isə neçə gündür ki, Marneulidə mehmanxanalardan birində qalır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google