Bir xəstəxananın göstəricilərinə əsasən 5 ay ərzində 326 nəfər quduza qarşı peyvənd vurdurub
5 ay ərzində Marneulinin "Geo Hospitals" klinikasına 326 nəfər quduza qarşı peyvənd vurdurmaq üçün müraciət edib. Bu haqda məlumatı həmin xəstəxanadan əldə etdik.

Əgər əhalinin peyvəndi başqa xəstəxanalarda da etdirdiyini nəzərə alsaq rəqəm elə də kiçik deyil. 326 nəfərdən əksəriyyəti antirab peyvəndini it dişləməsinə görə etdirib.

Mövzudan dolayı sahibsiz itlərin mövzusunu da müzakirə edə bilərik. Bu mövzu bu gündə Marneulidə ciddi şəkildə qalmaqdadır. Günün hər hissəsində onları küçədə görə bilərsiniz.

Bu isə piyadalar üçün təhlükə yaradır. Əhali isə bir çox dişləmə faktı görüb. Sahibsiz itlər problemi ilə təxminən bir ay bundan əvvəl Marneulinin bələdiyyə məclisinin üzvləri də maraqlanmışdı və mövzunun müzakirəsini növbəti iclasa keçirmişdilər.

Ancaq bu günə qədər müzakirə etməyilər. Mövzu ilə bağlı Marneuli meriyasının mövqeyinə gəldikdə isə meriyadan bildirirlər ki, problemin həllini keçən il olduğu kimi itlərin sığınacaq xidmətini əldə etməklə planlaşdırırlar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google