Bələdiyyə məclisinin iclası elan olunarkən reqlamentlə nəzərdə tutulmuş qaydalar pozuldu
Marneuli Bələdiyyə Məclisinin iclası elan olunarkən reqlamentlə nəzərdə tutulmuş qaydalar pozuldu.

Marneuli Bələdiyyə Məclisinin reqlamentinin 134-cü maddəsinə əsasən Bələdiyyə Məclisi iclası, Bələdiyyə Məclisi bürosu, Bələdiyyə Məclisinin Komissiyasının iclasının keçirilmə yeri, vaxtı və gündəlikdə duran məsələlər barədə və müzakirə olunacaq məsələlər lə bağlı maraqlanan şəxslər tərəfindən rəylərin təqdim olunması vaxtı haqqında məlumat müvafiq iclasın keçirilməsindən ən az 7 gün əvvəl elan edilməlidir.

Bu gün 8 iyyun tarixində saat 15:00-da bələdiyyə məclisinin iclası keçiriləcək. Bu haqda isə bələdiyyənin rəsmi veb səhifəsində məlumat 7 iyun tarixində, günün ikinci yarısında yerləşdirilib.

Bu günkü iclasda müzakirə olunacaq məsələlər:

  • 1. “Marneuli bələdiyyəsinin 2018-ci il büdcəsinin təsdiq edilməsi haqqında” Marneuli bələdiyyə məclisinin 29 dekabr 2017-ci il tarixli 63 saylı qərarına dəyişikliyin edilməsi
  • /Çıxış V. Məmmədov, R.Tabatadze/
  • 2. Marneuli bələdiyyəsi merinin 14 mart 2018-ci il tarixli 03/2431 qeydiyyat nömrəli məktubunun müzakirəsi haqqında
  • /Çıxış R.Tabatadze/
  • 3. Marneuli bələdiyyəsi ərazisindən Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ailə üzvlərinin birgə ərizələrinin müzakirəsi haqqında
  • /Çıxış R.Tabatadze/
  • 4. Marneuli bələdiyyəsi merinin 6 iyun 2018-ci il tarixli 03/5786 qeydiyyat nömrəli məktubunun müzakirəsi haqqında
  • /Çıxış N.Mtvarelidze/
  • 5. “Marneuli Bələdiyyə Məclisinin Gender Bərabərliyi Şurasının yaradılması və şuranın nizamnaməsinin təsdiqlənməsi haqqında” Marneuli Bələdiyyə Məclisinin 6 fevral 2018-ci il tarixli 6 saylı fərmanna dəyişikliyin edilməsi haqqımda
  • /Çıxış İ.Esebua/
  • 6. Marneuli bələdiyyəsi merinin 17 may 2018-ci il tarixli 03/5021 qeydiyyat nömrəli məktubunun müzakirəsi haqqında
  • /Çıxış N.Beridze

Bundan başqa Bələdiyyə Məclisinin iclasları ictimaidir və istənilən şəxsin iştirak etmək hüququ var.

“Yerli Özünüidarə Məcəlləsi”-nin 87-ci maddəsi ilə müəyyən olunub ki, Bələdiyyə Məclisinin və Bələdiyyə Məclisi Komissiyalarının iclasları ictimaidir, iclasda istənilən şəxsin öncədən xəbərdarlıq etmədən iştirak etmək hüququ var.

Print ელ. ფოსტა
FaceBook Twitter Google