Abazov youtube portalına Rusiyada fəaliyyət göstərən müğənninin konsertində iştirakı ilə bağlı video yerləşdirib
Marneuli meri 1 iyun tarixində Azərbaycan Prezidentinin qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşı, rusiyada fəaliyyət göstərən müğənni Emin Ağalarovun konsertində iştirak etməsi ilə bağlı öz youtube səhifəsində video yerləşdirib.

Konsert Tbilisi Filarmoniyasının böyük konsert zalında keçirilib.



Video müğənninin müsiqisi ilə müşaiyət olunur. Kadrlarda Marneuli meri Temur Abazov, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Parlament deputatları Ruslan Hacıyev, Mahir Dərziyev və Savalan Mirzəyevin konsertdə olduqları görünür.

Xatırladırıq ki, dövlət rəsmilərinin Rusiyada fəaliyyət göstərən müğənninin konsertində olduqları zaman Rustaveli prospekti və filarmoniya yaxınlığında etiraz aksiyaları keçirilirdi.

Etiraz aksiyaları Xorava küçəsində iki yeniyetmənin qətlə yetirilməsi ilə bağlı istintaqın yenidən aparılması və prokuraturanın yüksək vəzifəli məmurlarının məsuliyyətə cəlb olunması tələbi ilə keçirilirdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google