Marneulidə brokoli dəyərləri zəncirinin analizinin təqdimatı keçirilib
Bu gün, 8 iyun tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində brokoli dəyər zəncirinin araşdırmasının təqdimatı olub. Araşdırmanın əsas məqsədi Kvemo Kartlidə brokolinin dəyər zəncirinin analizi və bu məhsulun Avropa İttifaqı bazarına ixrac potensialının tədqiqatıdır.

Bu məqsədə nail olmaq üçün tədqiqat çərçivəsində başqa işlərlə birgə fərdi müsahibələr və fokus qruplar keçirilib. Mövcud olan vəziyyətin öyrənilməsi isə müxtəlif problemləri aşkar edib. Məsələn, istehsalın aşağı keyfiyyəti, təcrübə çatışmamazlığı, texnikanın azlığı, mühafizəsiz ərzağın istehsalına dair nümunəvi təcrübənin olmaması, istifadəçidə brokolinin faydalı cəhətləri haqqında məlumatın olmaması və s.

Layihənin meneceri Nana Peradzenin bizimlə söhbət zamanı bildirdiyinə görə yerli fermerlərin istehsalçıların Avropa İttifaqı ilə azad ticarət haqqında, bir neçə ilə qüvvəyə minəcək standartlar və fermerlərin öz işlərində müəyyən etməli olacağı dəyişikliklər haqqında məlumat alması vacibdir.

“Avropa ilə azad ticarət üçün mülki ictimaiyyət təşkilatları layihəsi Gürcüstanın 7 bölgəsində həyata keçirilir. Təqdimat brokoli haqqındadır. Kvemo Kartlidə bu məhsul seçilib. Bundan başqa yerli fermrlərin və istehsalçıların Avropa İttifaqı ilə azad ticarət haqqında daha çox məlumat alması üçün layihəni bizim “People in Need” need təşkilatı həyata keçirir” – deyə bildirdi Nana Peradze.



Dəyər zənciri üzrə ekspert Salome Qlaşvili deyir ki, dəyər zəncirinin məqsədi bir neçə aspekti əhatə edir.

“Dəyərlər zəncirinin məqsədi zəncirin əsas iştirakçılarının kimlər olduğu, istehsal prosesinin necə aparıldığının müəyyən olunmasıdır. Konkret olaraq bu halda biz brokolinin dəyərlər zəncirini araşdırırdıq. Bu onu bidirir ki, biz bu məhsulun istehsalında, yəni əkilməsində, becərilməsində, yığılmasında, satılmasında, istehlakında kimlərin iştirak etdiyini məyyənləşdirirdik. Konkret bu məhsulun bu bölgədə istehsalının, sonra isə Avropa İttifaqına ixracının potensialını araşdırırdıq” – deyə bildirdi Salome Qlaşvili.



Təqdimatda yerli fermerlər, mülki ictimai təşkilatlar, eləcə də kənd təsərrüfatı layihələrinin idarəsi agentliyinin nümayəndələri iştirak edirdilər. QHT "Demokrat Qadınlar Cəmiyyəti"nin sədri Olqa Endeladze deyir ki, bu növ təqdimatla tanış olmaq vacibdir ki, istehsalçılar daha çox məlumatlansınlar.

Qeyd olunan tədqiqat Avropa İttifaqının "Mülki ictimai təşkilatlar Avropa ilə azad ticarətə dəstək" layihəsi çərçivəsində, "PMC tədqiqat mərkəzi" tərəfindən yerli mülki ictimai təşkilatlarla birgə, "People in need"-lə əməkdaşlıqla həyata keçirilib.

"Marneuli" Radiosu
Print