Bələdiyyə Məclisinin bu gün, 8 iyun tarixində keçirilən iclasında
Marneuli meri Marneuli Gender Bərabərliyi Şurasının üzvü seçildi.
Temur Abazovdan başqa şura üzvlərinin sırasına Marneuli Bələdiyyə
Məclisinin dini və etnik məsələlər üzrə eksperti Mariam İriauli də
əlavə edildi.
Xatırladırıq ki, Marneuli meri Marneuli Gender Bərabərliyi
Şurasının üzvü olmaq arzusunu daha əvvəl ifadə etmişdi. Bu haqda
Marneuli Gender Bərabərliyi Şurasının 29 may tarixində keçirilən
2-ci iclasında Bələdiyyə Məclisi sədrinin məsləhətçisi İa Esebua
bildirmişdi.
Marneuli merinin bizimlə söhbətində bildirdiyinə görə, o, şura
üzvlərinin öz işlərini planlaşdırıldığından daha yaxşı görmələri
üçün şura üzvü olmaq istəyirdi.