Abxaziya müharibəsində həlak olan Yuri Nadiradzenin anasına yaşayış evinin tikilməsini tələb edirlər
Bu gün, 8 iyun tarixində Marneuli Bələdiyyə Məclisinin iclası keçirildi. İclasda müzakirə üçün çıxarılmış məsələlər arasında Marneuli bələdiyyəsindən Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin birgə ərizəsi də var idi.

Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin birgə ərizəsində onlar Abxaziyada şəhid olmuş Yuri Nadiradzenin tənha anasına kömək edilməsini və onun üçün 2 otaqlı ev tikilməsini, həmçinin Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin evlərinə onlar üçün memorial lövhələrin vurulmasını tələb edirlər.

Qeyd olunan məsələ barədə Marneuli Bələdiyyə Məclisinin Maliyyə-Büdcə Komissiyasının sədri Roman Tabatadze çıxış etdi. Onun dediyinə görə, bu məsələ social layihə deyil və başqa arzu edənlər nəinsə tikilməsini tələb edə bilməzlər, bu Vətən üçün həlak olmuş oğulları böyüdənlər üçün birdəfəlik yardımdır.

Roman Tabatadze onu da qeyd etdi ki, artıq qeyd olunan binanın layihəsini pulsuz hazırlayacaq memar da var.

Bələdiyyə Məclisinin iclasında qeyd olunan məsələləri müzakirə edəcək xüsusi komissiyanın yaradılmasına və Bələdiyyə Məclisinin müharibədə həlak olmuş Marneuli sakininin anasına kömək üçün meriyaya müraciət etməsinə qərar verildi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google