Bu gün, 8 iyun tarixində Marneuli Bələdiyyə Məclisinin iclası
keçirildi.
İclasda müzakirə üçün çıxarılmış məsələlər arasında Marneuli
bələdiyyəsindən Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olmuş
şəxslərin ailə üzvlərinin birgə ərizəsi də var idi.
Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə
üzvlərinin birgə ərizəsində onlar Abxaziyada şəhid olmuş Yuri
Nadiradzenin tənha anasına kömək edilməsini və onun üçün 2 otaqlı
ev tikilməsini, həmçinin Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid
olmuş şəxslərin evlərinə onlar üçün memorial lövhələrin vurulmasını
tələb edirlər.
Qeyd olunan məsələ barədə Marneuli Bələdiyyə Məclisinin
Maliyyə-Büdcə Komissiyasının sədri Roman Tabatadze çıxış etdi. Onun
dediyinə görə, bu məsələ social layihə deyil və başqa arzu edənlər
nəinsə tikilməsini tələb edə bilməzlər, bu Vətən üçün həlak olmuş
oğulları böyüdənlər üçün birdəfəlik yardımdır.
Roman Tabatadze onu da qeyd etdi ki, artıq qeyd olunan binanın
layihəsini pulsuz hazırlayacaq memar da var.
Bələdiyyə Məclisinin iclasında qeyd olunan məsələləri müzakirə
edəcək xüsusi komissiyanın yaradılmasına və Bələdiyyə Məclisinin
müharibədə həlak olmuş Marneuli sakininin anasına kömək üçün
meriyaya müraciət etməsinə qərar verildi.