404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/06/08/1589d2853ea4f78af7b6e22298dfed82.jpg" not exists.

Meriya 20 000 larilik tenderi itlərin sığınacaq xidməti üçün elan edəcək
Marneuli meriyası sahibsiz itlərin sığınacağa aparılması, peyvəndlənməsi və geri qaytarılması üçün 20 000 larilik tender elan edəcək. Oxşar şəkildə tenderi Marneuli bələdiyyəsi artı elan etmişdi. Tenderə əsasən keçən il 125-ə qədər it Ozurgeti bələdiyyəsində olan sığınacağa aparıblar və müvafiq prosedurlardan sonra yenə də Marneuliyə qaytarıblar. Marneuli meriyasından deyilənə görə, yeni tender də köhnə tender kimi olacaq.

"Heyvanların mühafizəsi federasiysası" Marneuli meriyası tərəfindən itlərin sığınacağına aparılmasını monitorinq edirdi. "Heyvanların mühafizəsi federasiyası"nın rəhbəri Temur Lajkebiani Marneuli bələdiyyəsində olan problemlərdən danışdı. Onun sözlərinə görə, bələdiyyə heyvanlara qulluq-sahiblik və populyasıiyasının idarəsi qaydasını qəbul etməyib. Qaydaya əsasən heyvana qarşı məsuliyyətsiz yanaşan sahibkar inzibati qayda ilə cərimələnəcək.

Temur Lajkebianinin sözlərinə görə, sahibsiz itərin artması səbəbi əhali tərəfindən istənilməyən küçüklərin atılmasıdır.

“Bələdiyyə heyvanların sterilləşdirilməsində artım istəməyən, əhaliyə yardım göstərməlidir. Küçədə yaşayan itlərin ola bilsin sahibi yoxdur, lakin müəyyən ərazidə sığınacağı olsun” – deyə bildirdi Temur Lajkebiani.

"Heyvanların mühafizə federasiyası"nın rəhbəri eləcə də qeyd etdi ki, sistem Gürcüstan miqyasında artıq 20 bələdiyyədə qəbul edilib. Onlardan 10-15 bələdiyyədə artıq sistem çalışır.

“Sığınacağı olan it həmin əraziyə qayıtdıqda orada kimsə yemək verir, sonra isə canavarda ərazini qoruma instinkti olduğu kimi, it də eyni qaydada hərəkət edir, yəni sonra həmin əraziyə başqa itləri buraxmır, ətraf ərazilərdən aqressiv itlər gələ bilmirlər. Şəhərdə küçə itlərinin sayı da stabil qalır”
– deyə bildirdi Temur Lajkebiani.

Temur Lajkepiani eləcə də deyir ki, bu sistemin dağıdılması halında 3-4 ildə şəhər ərazisində sahibsiz itlərin sayı stabil olacaq və buna görə də bələdiyyəyə onlara qulluq üçün böyük məbləğ ayırmaq da lazım gəlməyəcək. Marneulidə sahibsiz itlərin prolemini həll etmək üçün indiki halda 20 000 larilik tender yetərli olmayacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google