Marneulidə 2017-ci ildə infrastruktur layihələrinə 8 857 427 lari xərclənib
Bu gün, 8 iyun tarixində Marneuli bələdiyyə iclasında Marneuli Bələdiyyəsinin 2017-ci ildə həyata keçirdiyi alqı-satqı hesabatını müzakirə erdilər. Hesabatı alqı-satqı şöbəsinin nümayəndəsi Zanda Kvanjiani təqdim etdi.

2017-ci ildə asan alqı-satqı üçün cəmi 238 müqavilə bağlanıb. Asanlaşdırılmış elektron tenderdə 45 alqı-satqı,111 elektron tender, cəmi il ərzində 320 müqavilə bağlandı. Müqavilələr tenderdən və eləcə də asanlaşdırılmış alqı-satqılardan ibarətdir. Həmçinin, alqı-satqı ilə nəzərdə tutulmuş ən çox hissə yolların reabilitasiyasına düşüb. Yol üçün 5878000 lari xərclənib, sonra içməli su, parklar, bayır işıqlandırması, idman meydançaları, yolların təmiri, binaların təmiri, təcili yardım mərkəzinin tikilməsi gəlir. Həmçinin, binaların dam örtüyünün və bəndləşdirmə işləri də buraya daxildir. İnfrastruktur layihələrinə ümumi hesabda 8857427 lari, bundan 8523063 lari aparılan işlər üçün sərf olunub.

Bildiyiniz kimi 2017-ci ildə "Optimal qrupla" müqavilə bağladıq. Müqaviləyə əsasən MMC "Optimal qrupun" nəzarət etdiyi həyata keçirdiyimiz layihələrə nəzarət edir və layihələr birgə alqı-satqı ilə alınıb.

Çoxillik alqı-satqıdır və bunum üçün 139461 lari ayrılıb. Ancaq 174000 lari xidmətdir, yəni bu məbləğdə layihələr almışıq. İnventara gəldikdə isə deyim ki, Sadaxlı və Algeti bağçalarının tikintisi həyata keçirildi və bunun üçün 158643 lari xərcləndi. Müxtəlif xərclər: Nümayəndəlik xərcləri, avtobusların kirayələnməsi,mədəni tədbirlərin, internet xidmətin, televiziya xidmətinin və mühafizə xidmətinin xərclərinə də müvafiq olaraq xərclər yazılıb. Real olaraq avto nəqliyyat administrasiyasında olan avromobillərin xərci sərf olunub. Ümumi hesabda 11292 258 lari məbləğdir. İşlərə 8523 00 lari aiddir. Məhsullara 30 000 və xidmətə 1 839 000 lari xərclənməyib "- deyir Zanda Kvanjiani.

2017-ci ildə ümumi hesabda 15 tender şikayət olunub, onlardan 3 tenderin bir hissəsinə bəraət qazandırılıb, 9 tender isə yolverilməz olaraq qəbul edilib və 3-ə bəraət qazandırılmayıb.

"Marneuli" Radiosu
Print