Facebook sosial şəbəkəsində paylaşılan videodan yüzlərlə cücənin
çöllükdə qaçışdığını görmək olur.
Video material sakinlər tərəfindən qeydə alınıb. Videonun Marneuli
rayonun "Qara dağ" ərazisində yerləşən mal bazarının yaxınlığında
qeydə alındığı bildirilir.
Yayımlanan video materialda bildirilir ki, bir neçə gün öncə toyuq
yumurtaları həmin əraziyə atılıb və sonradan yumurtadan cücələr
çıxıb. Yumurtaların o əraziyə nə səbəbdən atıldığı məlum deyil.
Araşdırmamız davam edir.
Videonun müəllifi: Sahib Bayramov