Merianın böyük zalının tavanının bərpası üçün 10 500 lari ayırılıb
Marneuli meriyasının böyük konfrans zalının tavanının bərpa işləri üçün 10 500 lari dəyərində məbləğ nəzərdə tutulub. Maliyyə büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov deyir ki, tavan pis vəziyyətdədir və su damır. Hesabay sənədlərindən sonra məbləğin əlavə olunmasına da ehtiyac duyula bilər. Bərpa işlərinin konkret nə zaman başlayacağı hələlik məlum deyil.

"Yağış zamanı su damır, faktiki olaraq tavanın kiçik bir hissəsi çöküb. Buradan irəli gələrk, bu böyüklükdə binanı 10 000 lariyə görə xarab edəsi deyilik ki. Təmir etməliyik ki, yağış, su dammasın. Bu həftə tender elan olunacaq"
- deyə Vüqar Məmmədov bildirdi.



Marneuli meriyasının böyük konfrans zalında tavan 31 may tarixində uçub. Marneuli Radiosunun məlumatına görə tavanın uçması nəticəsində zərər çəkən olmayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google