Beytarabçı kənd əhalisi üçün parkın qurulması içməli suyun bərpası ilə əvəz olunub
Marneulidə Qasımlı ərazi vahidliyinə daxil olan Beytarabçıda parkın qurulması içməli suyun bərpa işləri ilə əvəz olunub. Bizimlə söhbət zamanı Marneuli meriyasının Maliyyə Büdcə şöbəsinin rəhbəri Vüqar Məmmədov deyir ki, ilk əvvəl Beytarabçı kənd əhalisi ilə mülki büdcə çərçivəsində görüşüblər və bildirblər ki, park qurmaq istəyirlər. Ancaq indi əhali deyir ki, meriyada qeyd olunan kəndin əhalisi ərizə ilə müraciət edib ki, suyun bərpa işləri həyata keçirilsin. Buna görə də layihədə dəyişikliklər həyata keçirilib.

"Beytarabçı kənd sakinləri Marneuli bələdiyyəsinə gəldilər. Tələbləri içməli su ilə bağlı idi. Biz vəziyyəti başa saldıq ki, yazılı müraciət etsinlər. Sonra toplanmış imza və protokol gətirdilər. Bundan dolayı vəziyyət dəyişdi. Kənddə park düzələcəkdi indi isə içməli su problemi həll olunacaq" - deyə Vüqar Məmmədov bildirdi.



Yerlilər su ehtiyacından danışırlar və deyirlər ki, parkdan çox onların indi suya ehtiyacı var. Onu da qeyd edirlər ki, parkın qurulması üçün kənddə yer yoxdur.



Məmmədovun dediyinə görə suyun bərpa işləri üçün büdcədən 15 min lari ayrılıb, ancaq vacib hesabat sənədlərinin doldurulmasından sonra əlavə məbləğin artırılmasına ehtiyac ola bilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google