Marneuli meri saxlanılıb
Marneuli meri Temur Abazov saxlanılıb, prokurorluq araşdırma aparır. Temur Abazovun hansı səbəbdən saxlanıldığı barədə prokurorluq məlumat verməyib.

Bununla belə “İnterpresnyus”-un bu gün yaydığı məlumata görə, onun saxlanılmasına səbəb Marneuli sakininə qarşı qeyri-insani və alçaldıcı rəftar olub. Qeyd edək ki, həmin hadisə prokurorluq tərəfindən araşdırılır.

“İnterpresnyus”-un prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Cinayət Məcəlləsinin qrup şəklində qeyri-insani və alçaldıcı rəftarın həyata keçirilməsini nəzərdə tutan 1443-cü maddəsinin 2-ci hissəsinin “e” altbəndi ilə istintaq aparılır.
Print ელ. ფოსტა
FaceBook Twitter Google