Merin saxlanılması ilə bağlı prokurorluq brifinq keçirəcək

Gürcüstan Baş Prokurorluğundan bildirirlər ki, bu gün, 13 iyun saat 14:00-da brifinq keçiriləcək.

Brifinqdə Marneuli sakininin təhqir olunması faktı ilə bağlı əlavə məlumatlar veriləcək.

Xatırladırıq ki, Marneuli meri Temur Abazov vətəndaşa qarşı qrup şəklində qeyri-insani və alçaldıcı davranışın həyata keçirilməsi ittihamı ilə saxlanılıb.

Cinayət Məcələsinin 144-cü maddəsinin 3-cü prima bəndi ilə istintaq işi başlayıb ki, bu da alçaldıcı və qeyri-insani rəftarı nəzərdə tutur. Məsələni prokurorluq araşdırır.

"Marneuli" Radiosu

Print ელ. ფოსტა
FaceBook Twitter Google