Azər Süleymanovun mandatı dayandırılıb
Parlament sədri İrakli Kobaxidzenin bildirdiyinə görə, Azər Süleymanovun mandatı dayandırılıb. Gürcüstan Baş Prokurorluğu Marneulidə baş vermiş insidentin istintaqı çərçivəsində Parlamentin deputatı, Vhid Milli Hərəkatın üzvü Azər Süleymanova qarşı axtarış tədbirləri başladıb.
"İmedi" telekanalının yazdığına görə, Parlament sədri İrakli Kobaxidze Parlamentin plenar iclasında Azər Süleymanovun mandatının dayandırıldaığını bildirib.

Vətəndaşa qarşı qeyri-insani və alçaldıcı davranışın həyata keçirilməsi faktı ilə bağlı Marneuli meri Temur Abazovla birlikdə daha 3 nəfər, o cümlədən bir nəfər Marneuli Bələdiyyə Məclisinin üzvü və Parlament üzvü Azər Süleymanov və bir nəfər də merin qouhmu ittiham olunur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google