Tamaz Naveriani, Ruslan Hacıyev və Savalan Mirzəyev Marneuli merinin saxlanılması ilə bağlı şərh verməkdən imtina edirlər
Parlamentin Marneulidən seçilmiş majoritar deputatları Tamaz Naveriani və Ruslan Hacıyev və Qardabanidən seçilmiş majoritar deputatı Savalan Mirzəyev Marneuli merinin saxlanılması və vətəndaşa qarşı alçaldıcı davranış barəsində şərh verməkdən imtina edirlər.
Onlardan hər üçü "Marneuli" radiosu ilə söhbətləri zamanı qeyd etdilər ki, vətəndaşın öz sidiyini üzünə çəkməyə məcbur edildiyi kadrları görüblər. Lakin hal-hazırda şərh verməkdən imtina edirlər.

Hər üç deputatın dediyinə görə, Baş Prokurorluğun brifinqindən sonra rəsmi açıqlama verəcəklər.

Gürcüstan Baş Proqurorluğu məsələ ilə bağlı 13 iyun saat 14:00-da brifinq verməyi planlaşdırır.

"Marneuli" radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google