Gürcüstanın Baş Prokurorluğunum bəyənatında yazılıb ki, işlə
bağlı aparılan istintaq nəticəsində müəyyən edilib ki, 2018-ci ilin
10 iyununda Elçin Allahverdiyev Tbilisi şəhərində, Rustaveli
prospektində baş tutan etiraz aksiyasında imiş.
Orada Marneuli bələdiyyəsinin meri Temur Abazovdan incimiş,
“Facebook” sosial şəbəkəsi vasitəsilə birbaşa video yayıma qoşulub
və Temur Abazovun həyat yoldaşını təhqir edib. Həmin gün gecə
saatlarında onunla “Vahid Milli Hərəkat” partiyasının üzvü Rəhim
Əsgərov onunla əlaqə saxlayıb və görüşməyi xahiş edib.
Rəhim Əsgərov Elçin Allahverdiyevdən VHM-ın Marneuli ofisində
görüşməyi xahiş edib. Ofistə eləcə də “Vahid Milli Hərəkat”
partiyasından Gürcüstan Parlamentinin üzvü Azər Süleymanov,
Marneuli bələdiyyə məclisinin üzvü, “Gürcü Arzusundan” Ramin
Allahevrdiyev, Marneuli Bələdiyyəsinin meri Temur Abazovun qohumu
E.Q. və başqa şəxslər olublar. Parlamentin üzvü Azər Süleymanov
Elçin Allahverdiyevdən tələb edib ki, sosial şəbəkədə canlı yayımda
paylaşdığı videonu kimin sifarişi ilə etdiyini izah etsin. Bunun
nəticəsində Azər Süleymanov, Ramin Allahverdiyev və vətəndaş E.Q.
Elçin Allahverdiyevi fiziki təhqir ediblər.
“Qeyd olunandan sonra, Elçin Allahverdiyevi Marneuli
Bələdiyyə məclisinin üzvləri Ceyhun Çovdarov və Ramin Allahverdiyev
Marneuli şəhərində “Jejebe” restoranı adlanan ərazinin yaxınlığına
aparıblar və orada onları Marneuli Bələdiyyəsinin meri Temur Abazov
gözləyirmiş. Gedən kimi Temur Abazov Elçin Allahverdiyevin üzünə
tüpürüb və fiziki təhqir edib. Sonra facebookda canlı yayıma
qoşulmağa, üzr istəməyə və öz həyat yoldaşını təhqir etməyə məcbur
edib. Sonda isə Marneuli Bələdiyyəsinin meri Temur Abazov
zorakılıqla, ləyaqəti təhir etməklə, Elçin Allahverdiyevi stəkana
siyərək üzünü yumağa məcbur edib” – yazılıb
Prokurorluğun bəyənatında.