Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Marneuli icması ilə görüş keçirdi
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün 13 iyun tarixində Marneuli şəhərində qonaq oldu. Görüş Marneulidə yerləşən "Çay Evi"ndə baş tutdu. Marneuliyə səfəri zamanı Fuad Muradov Gürcüstanda yaşıyan azərbaycanlılarla görüşdü və onları narahat edən bir çox məsələlər müzakirə edildi.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Tamaz Naveriyani, Savalan Mirzəyev və Mahir Dərziyev, Kvemo Kartli qubernator müavini Zaur Darğallı, Marneuli merinin müavini Zaur Tabatadze və bələdiyyə məclisinin üzvləri, diaspora komitəsinin rəsmiləri, Gürcüstanın müxtəlif bölgələrində yaşayan azərbaycanlı ziyalılar, gənclər və müxtəlif QHT rəhbərləri iştirak ediblər.

Görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bildirdi ki, Marneuliyə səfər etməkdə onun məqsədi yerli əhalini narahat edən məsələləri dinləməkdir.

Komitə sədri ölkələrimiz arasında tarixən mövcud olan dostluq əlaqələrindən söz açıb, soydaşlarımızın bu dostluğun daha da möhkəmlənməsindəki rolundan danışdı. O, bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin siyasi, iqtisadi həyatında fəal rol oynayırlar. Onu da əlavə etdi ki, o əsasən təhsil, mədəniyyət sahələrində çalışacaq.



Tədbirdə komitə sədri görüş iştirakçılarını dinləyib və fikirlərə, rəy və təkliflərə cavab verib.

Görüşdə iştirak edən vətəndaşlar bu görüşü müsbət dəyərləndirdilər.



Komitə sədri Marneulidəki “Çay evi”ndə fəaliyyət göstərən “Marneuli Gənclər Mərkəzi”nin şahmat kursu, gənc istedadların əl işləri ilə tanış olub. Bundan başqa, F. Muradov azərbaycanlı gənclərin təhsil alma imkanları, müasir biliklərə yiyələnmək üçün onlara yaradılan şəraitlə maraqlanıb. Bir qrup gəncə kompyuterlər hədiyyə edilib.

F. Muradov əlilliyi olan şəxslərin vəziyyəti ilə maraqlanıb, onların bir qrupuna müasir tipli əlil arabaları bağışlayıb. Arabalar Gürcüstan Azərbaycanlılar Əlillər Cəmiyyətinin sədri Rövşən Əliyevə təqdim edilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google