Aşıq Kamandarın ev muzeyinə dövlət statusu verilməsi ilə bağlı tədbir keçrilib
13 iyun tarixində Marneuli bələdiyyəsinin Kəpənəkçi kəndində Aşıq Kamandar Əfəndiyevin ev muzeyinə dövlət statusu verilməsi ilə bağlı tədbir keçrilib. Tədbirdə Aşıq Ramin Qarayevin Saz dünuyası adlı konsert proqramı ilə çıxış edib.

Tədbirdə Gürcüstan və Azərbaycan dövlət rəsmiləri də iştirak edirdilər. Tədbirdə Millət vəkili Ruslan Hacıyev və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren, Yunus Emre Mərkəzinin Tbilisi şəhəri üzrə rəhbəri Selcuk Kürşad Koca, Salam Mədəni Xeyriyyə cəmiyyətinin sədri Maya Heydərova, aşıq Ədalətin sevimli şagirdlərindən biri, folklorşünas, Fəxri Mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev, eləcə də başqa qonaqlar iştirak etdilər.

Təbiri giriş sözü ilə professor Mahmud Kamaloğlu açıb. Tədbirdə Aşıq Kamandarın yaradıcılığından söz açıldı. Daha sonra isə aşıqlar Ziyəddin Keşəli, Ramin Qarayev, Həvəskar Qurbanov, İncəgülü Aşıqlar qrupu, Samir Borçalı, Kamadar Lətifoğlu, Əfqan Səlimov və Mirzənin ifasında aşıq havaları səsləndirildi.

Ramazan ayına təsədüf etdiyinə görə tədbirin sonunda iftar süfrəsi açıldı. Buna qədər isə Tədbirdə iştirak edən xanəndə Xəlil Qaraçöp Əzan çəkdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google