Marneulidə ilk uşaq meydançası planının təqdimatı - meriyanın cabab vermədiyi təşəbbüs
Bu gün, 14 iyun tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində ilk uşaq meydançasının planının təqdimatı baş tutdu və iştirakçılara təşəbbüskar özü, Rayn Smit planı təqdim etdi. Rayn uzun zamandır ki, uşaq meydançasının qurulması üçün mübarizə aparır, xərcləri də öz üzərinə götürür. Marneuli meriyasından xahişi yalnız lazımi ərazinin ayrılmasıdır. Buna isə bu günə qədə rəsmi cavab almayıb.



Bir neçə aydır ki, Rayn Facebook sosial şəbəkəsində "Marneulinin uşaq meydançası" adlı kampaniyaya başlayıb. Kampaniya vasitəsilə o, cəmiyyətin dəstəyini qazanmğa cəhd göstərir. Bu gün bizimlə söhbət zamanı dediyinə görə artıq 7 ildir Marneulidə yaşayır və hesab edir ki, uşaqlara təhlükəsiz meydança lazımdır, bunun üçün mübarizəyə davam edir.



Təqdimatda Rayn iştirakçılara dedi ki, Amerikada köhnəlmiş atraksionları yeniləyib başqa ölkələrə göndərirlər və müqayisədə ucuz olur. O, Marneuli üçün artıq atraksion seçib.
Bugünkü görüşdə maraqlnan şəxslər iştirak edirdilər. Onlar vətəndaşın təşəbbüsü ilə tanış olub öz fikirlərini bildirdilər. Nana Xaradze Marneuli sakinidiri. O, təqdimata nəvəsi ilə birgə gəlib və təşəbbüsü müsbət dəyərləndirir.



Uşaq meydançasına ehtiyac olması haqqında vətəndaş Səbinə Talıbova da danışır. O, təqimatda övladı ilə birgə iştirak edir və düşünür ki, uşaqların həqiqətən də meydançası olmalıdır.



Rayn Smit park üçün ad da seçib "Uşaqları mənim yanıma göndər". Marneuli bələdiyyəsinə yaxın yerləşən mümkün ərazini də müzakirə edir. Konkret olaraq isə 2008-ci ildə müharibədə həlak olanların memroialının ətafında olan ərazini qeyd edir. Ancaq bu hələ ideya səviyyəsindədir. Çünki hələ ideyasını necə həyata keçirəcəyini bilmir. Artıq bir ildən çoxdur ki, meriyadan cavab gözləyir, amma bu günə qədər cavab yoxdur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები