Marneuli meri Temur Abazova qarşı bu gün rəsmi olaraq ittiham
irəli sürüldü.
Temur Abazovun vəkili Qoqi Mosiaşvilinin "Marneuli" radiosuna
verdiyi məlumata görə, Abazov ona qarşı irəli sürülən ittihamları
rədd edir və hüquqi mübarizəsini davam etdirməyə hazırdır.
"Cənab temur irəli sürülən ittihamları qəbul etmir. O,
heç bir qanunsuz işə qarışmayıb və hüquqi mübarizəyə hazırdır.
Cənab Temura yönəlmiş hər hansı bir təxribat da istisna deyil. Buna
görə də, müdafiə də gücləndirilib və o, günahsız olduğunu isbat
etməyə çalışır. O, bunu həm Marneulidən olan seçiciləri, həm də
ictimaiyyətə sübut etmək istəyir", - deyə Qaqi
Mosiaşvili bildirib.
Xatırladırıq ki, Temur Abazov ötən gün, 13 iyun tarixində
saxlanılıb. Ona qarşı Cinayət Məcələsinin 144-cü maddəsinin 3-cü
prima bəndi ilə istintaq işi başlayıb ki, bu da alçaldıcı və
qeyri-insani rəftarı nəzərdə tutur. Məsələni prokurorluq
araşdırır.