Marneuli merinin həbs edilməsi ilə bağlı əhalinin fikri
Marneuli meri Temur Abazov dünən saxlanılıb. Onun saxlanılması Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftar faktı ilə bağlıdır. Hadisə ilə bağlı Gürcüstan prokurorluğu araşdırma aparır. "Marneuli" radiosu merin saxlanılması ilə bağlı yerli sakinlərin rəyini soruşdu. Rəyi soruşulanların əksəriyyəti şərh verməkdən imtina etdi. Bəziləri isə merin saxlanılmasını siyasətlə əlaqələndirdi.



Temur Abazov 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilər. Döymə faktı ilə bağlı isə Gürcüstan Parlamentinin "Vahid Milli Hərəkat" partiyasından seçilmiş üzvü Azər Süleymanov və daha iki nəfərə qarşı cinayət işi açılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები