Abazovun müdafiə tərəfi ön tədbir olaraq 10 000 larilik girov ödəməyi tələb ediblər

Rustavi şəhər məhkəməsində Marneuli meri Temur Abazov üçün ön tədbirin təyin edilməsi haqqında iclas gedir.

İclası hakim Ketevan Luaşvili aparır.

Temur Abazovu 4 vəkil müdafiə edir. İclasda ittiham olunan özü də iştirak edir. İttiham edən tərəf ön tədbir olaraq həbs cəzası tələb edib, bir halda ki, Prokurorun bidirdiyinə görə, istintaq prosesində Temur Abazovun gizlənməsi və şahidlərə təsir göstərməsi təhlükəsi var.

İttiham edənin bəyənatına görə, Temur Abazovun Türkiyə və Azərbaycanda ciddi əlaqələri var və gizlənən bilər. Birdə ki, o, Marneulinin meridir və onun tabeliyi altında çox adam var, onlara təsir göstərə bilər.

Müdafiə tərəfi isə ön tədbir olaraq 10 min lari dəyərində girovun ödənməsini vəsatətini qoyub.

Mənbə: İnterPressNews

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები