Temur Abazov – “Mənə yüz il də cəza versələr qanuna tabe olacam. Mənim qaçmağım istisnadır”

Deyə bilərəm ki, başqa həyatla yaşadım, Polis Akademiyasını bitirdim, qanun mənim üçün birincidir, bir dəfə də olsun qanunu pozmamışam, - bu haqda Marneuli meri Temur Abazov ön tədbiri məsələsinin müzakirəsi olan məhkəmə prosesində bildirib.


Abazov onun üçün girov olaraq 10 000 larilik cəzanın kəsilməsini tələb edir. Onun sözlərinə görə isə qanuna tabe olan adamdır və gizlənməyi düşünmür.

“Qanun mənim üçün birincidir, bir dəfə də olsun qanunu pozmamışam. Bütün həyatımı idman etmişəm. Azərbaycanda kiqboksda çempion olmuşam. Mənim qaçmağıma gəldikdə isə mən ünvanı da bilmirdim ki, prokuror harada idi və tələb etdim ki, izah etsinlər, gizlənməmişəm. Axşam yeməyində idim və qrafikimi də dəyişdim ki, saat 12:00-da prokurorluqda olum. Yüz il cəza da versələr qanuna tabe olacam. Mənim qaçmağım istisnadır. Mənim saxlanılmağıma heyrətə gəlmişəm. İstintaq prosesinə qoşulmuşam. Marneulidə gecə gündüz qanun çərçivəsində çalışırdım. And içirəm xanım hakim, bələdiyyə məclisinin sədrini belə cərimə lazım olanda cərimələdim. Heç kimin xahişini nəzərə almırdım” – bildirib Temur Abazov.

Marneulinin meri Temur Abazovu dünən saxlayıblar. Onun saxlanılmasına səbəb Marneuli sakininə qarşı insanlqıdan kənar və alçaldıcı rəftar faktıdır və Gürcüstan prokurorluğu məsələ ilə bağlı istintaqa başlayıb.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები