Bu gün Gürcüstanda Ramazan bayramı qeyd olunur.
Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin
ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini,
dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı
olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə
bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının
axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə,
bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş
verib.
Bu gecə “Qədir” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə
haqqında belə yazılır:
“Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə
1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini
gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür”
(97:1-5).
Ramazan bayramı Gürcüstanın müsəlman icmasının yaşadığı bütün
ərazilərdə qeyd olunur. Bayram günü müsəlmanlar səhər satlarında
bayram namazı qıldılar və sonra dünyadan köçən öz yaxınların
məzarlarını ziyarət edərək dualar oxudular.