Marneuli və Tsalka Fermerləri Xidmət Mərkəzinə laboratoriya ləvazimatları verildi

Bu gün 15 iyun tarixində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən “Zrda” layihəsi çərçivəsində Marneuli və Tsalka Fermerləri Xidmət Mərkəzinə laboratoriya ləvazimatları verildi.


“Zrda” layihəsi rəhbərinin müavini Ketevan Çumburidze bizimlə söhbətində bildirdi ki, müasir laboratoriya ləvazimatlarının verilməsi fermerlərə praktiki məsləhətlərlə kömək etmək və məhsulun keyfiyyətini artırmaq imkanı verəcək.

“Bu laboratoriya ləvazimatları mütəxəssislərin Marneulidə və ümumiyyətlə Kvemo Kartlidə bizim köməyimizlə salınmış istixana və bağlarda laborator testlər aparması üçün mühümdür. Kvemo Kartlidə USAİD ZRDA layihəsi çərçivəsində təxminən 7 istixana və 16 bağ salınıb. İstehsalın keyfiyyətinin artırılması və yaxşılaşdırılması üçün laboratoriya ləvazimatlarının hər zaman hazır olması çox mümüdür ki, fermerlər öz bağlarında, istixanalarında istənilən vaxt testlər apara bilsinlər və bununla da məhsulun keyfiyyətinin artırılmasına dəstək olsunlar”- deyə Ketevan Çumburidze bildirdi.



Bu günkü görüşdə fermerlərə həmin ləvazimatlardan öz təsərrüfatlarında necə istifadə edəcəklərini praktiki olaraq göstərdilər.

Tsalka bələdiyyəsindən olan fermer Ramaz Şavadze bildirdi ki, onun üçün laboratoriya ləvazimatları ilə işləmək yeni təcrübədir və fikirləşir ki, bu ləvazimatlardan səmərəli şəkildə istifadə edəcək və məhsuldarlığı artıracaq.

“Bu layihə bizim üçün çox əhəmiyyətlidir. Əhaliyə daha çox məhsul əldə etməyə yardım edir. Yəqin ki məhsuldarlığı yüksəldər, əhali bu baxımdan çətinlik çəkir. Fikrimcə səmərəli olacaq. gələcək göstərər”
– deyə Ramaz Şavadze bildirdi.



USAID tərəfindən maliyyələşən “Zrda” layihəsi beşillik proqramdır. Bu proqramın məqsədi Gürcüstanın beş bölgəsində 81 icmanın davamlı iqtisadi inkişafına dəstəkdir. Layihə sərhədyanı və etnik azlıqların yaşadığı əraziləri əhatə edir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები