Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf
Mühhitin Mühafizəsinə Nəzarət Xidmətinin Kvemo Kartli bölgə
idarəsinin əməkdaşları
qeyri-qanuni balıq ovu faktı aşkarlayıblar.
Marneuli bələdiyyəsinin Ambarovka kəndi ərazisində Kür çayında
vətəndaş elektroşok avadanlığı və tordan istifadə edərək
qeyri-qanuni balıq ovlayırmış və 3 kiloqramadək müxtəlif növ balıq
tutubmuş.
Müvafiq akt tərtib olunub, işdə cinayət tərkibi olduğu bildirilir.
Müsadirə olunmuş əşyalar araşdırılmanın aparılması üçün Marneuli
Polis İdarəsinə göndərilib.
წყარო: tv4.ge