Nəriman Nərimanov adına Mədəniyyət evinin adı dəyişib, ya yox, məlum deyil
15 iyunda keçirilən "Ramazan" bayramından sonra Facebook sosial şəbəkəsində Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzinin Nəriman Nərimanovun adını daşıyıb daşımaması haqqında müzakirələr gedir. Bayram tədbirinin keçirilməsi üçün Marneuli Meriyasına sakinlər tərəfindən ərizə ilə müraciət olunub.

Ərizədə sakinlər qeyd ediblər ki, Nəriman Nərimanov parkında keçiriləcək bayram konsertində təhlükəsizliyin təmin olunması üçün əraziyə polis əməkdaşlarının dəvət olunsun. Meriyadan isə ərizəyə cavab olaraq bildiriblər ki, Marneulidə belə adda ərazi yoxdur və müvafiq olaraq onların məktubları müzakirə oluna bilməyəcək.

"Marneuli" Radiosu bu mövzünu araşdırmağa başladı. Biz ilk olaraq Marneuli sakinləri arasında sorğu keçirdik. Marneuli Mədəniyyət Evinin adının dəyişdirilməsi haqqında onların məlumatının olub olmaması haqda əhali arasında sorğu apardıq. Əksəriyyət qeyd olunan yerin adını məhz Nərimanovun adı ilə tanıyır.



İndi onları bir sual maraqlandırır. Mədəniyyət Evinin adının dəyişdirilməsinə səbəb nədir və yaxud dəyişdirilməsi haqda vətəndaşlara nə üçün məlumat verilməyib.

Bu hadisədən sonra Marneuli sakini Fuad Qəhrəmanov bu gün Mədəniyyət Evinin adının nəyə görə dəyişdirilməsi haqda məlumat almaq üçün Marneuli meriyasına ərizə ilə müraciət edib. O, onlardan Mədəniyyət evinin adının dəyişdirilməsində təşşəbbüskarın kimlər olduğunu və yaxud kim tərəfindən və nə zaman dəyişdirildiyi haqda məlumat əldə etmək istəyir.

Fuad Qəhrəmanov ərizəni meriyaya təqdim edib və indi o, ərizəsinə cavab gözləyir. Qaydaya əsasən cavabı 10 gün ərzində almalıdır.



"Marneuli" Radiosunda olan sənədlərdən məlum olur ki, 2003-cü ilin 8 may tarixinə olan N 2-6 qərarına əsasən şəhərin Mədəniyyət Mərkəzinə Nəriman Nərimanovun adı verilib, ancq ad rəsmi olaraq verilib ya yox bunu meriyadan alacağımız məlumatdan sonra müəyyən edəcəyik.



Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები