İnternet təminatçısının dəyişdirilməsinə görə meriyada elektron məktublar qeydə alınmır, əhalinin isə bu haqda məlumatı yoxdur

Marneuli bələdiyyəsinin elektron poçtu This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it işləmir.

Bu haqda bizimlə söhbəti zamanı Marneuli meriyası inzibati xidmətinin rəhbəri Nino Dekanoidze bildirdi.

Nino Dekanoidze həmçinin bildirdi ki, Marneuli meriyasında internet təminatçısı dəyişir. Bu günədək meriyanı internetlə “SilkNet” təmin edirdisə, bundan sonra internet təminatını “Magti” yerinə yetirəcək. Buna görə də electron poçtun söndürülməsi zərurəti ortaya çıxıb.

Məhz buna görə, Marneuli meriyasının elektron poçtuna qeydiyyata alınmır. Bu haqda “Marneuli” radiosuna bu gün, 19 iyun tarixində məlum oldu. Belə ki, meriyaya ünvanladığımız məktub haqda soruşduq. Həmin məktubda Marneuli meriyasının şöbələri tərəfindən 2017-ci ildə görülən işlər barədə məlumat tələb edilirdi.

“Marneuli” radiosu meriyaya 6 iyun tarixində rəsmi məktubla müraciət etmişdi. Nəzərə alsaq ki, meriyanın cavab vermək üçün 10 iş günü vaxtı var idi, biz məktuba cavab üçün bu gün müraciət etdik, lakin aydın oldu ki, bu gün cavab ala bilməyəcəyik.

Belə ki, məktubu yenidən təkrarən meriya dəftərxanasına verməliyik. Bu məktub və bununla bərabər ünvanladığımız daha iki məktuba isə cavabı güman ki, 10 gün gözləməli olacağıq.

Marneuli bələdiyyəsi inzibati xidmətinin rəhbəri onu da dedi ki, electron poçta göndərilmiş məktublar rəsmi hesab edilmir, yalnız Marneuli bələdiyyəsinin dəftərxanasına təqdim olunmuş məktublar rəsmi məktub hesab olunur. Elektron poçtdan istifadə isə əhaliyə yardım etmək üçün bir növ köməkçi vasitədir. Lakin Gürcüstan Qanunvericiliyi və ölkədə yayılmış təcrübən də aydın görünür ki, elektron poçt vasitəsilə yazılmış məktublar da rəsmi məktub hesab olunur. Misal üçün deyə bilərik ki, istənilən Gürcüstan vətəndaşı Gürcüstan Parlamentinin elektron poçt ünvanına məktub göndərə və məlumat tələb edə bilər.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები