Marneuli bazarına gedən zaman Sulxan Saba Orbeliani və
Ağamaşenebeli küçələrində avtomobillərin tıxacı ilə qarşılaşırsan.
Həmin küçə ilə hərəkət etməkdə çətinlik çəkirsən.
Tıxacın yaranmasına səbəb isə həmin küçələr boyunca küçə ticarəti
ilə məşğul olan satıcılarıdır. Onlar yol kənarı boyunca kənd
təsərüffatı məhsulları satırlar.
Marneuli bazarında fəaliyyət göstərən ticarət obyektlərin
sahiblərinin sözlərinə görə, küçə ticarəti ilə məşğul olan
satıcılar onların işinə mane olurlar. Sahibkarlar onu da
bildirdilər ki, küçə ticarəti ilə məşğul olan satıcıların bazar
ərazisinə köçürülməsi üçün Marneuli meriyasına ərizə ilə müraciət
ediblər.
Küçə ticarəti ilə məşğul olan satıcılar arasında öz məhsullarını
bazar ərazisi olduğu halda nəyə görə yol kənarında satdıqları ilə
bağlı sorğu keçirdik. Onlar bildirdilər ki, bazarda vergi yüksək
olduğundan burada satmaq onlar üçün daha əlverişlidir.
Bazar ərazisində fəaliyyət göstərən sahibkarlar meriyaya ərizə
təqdim ediblər və indi onlar ərizəyə cavab gözləyirlər. Qaydaya
əsasən ərizəyə 10 iş günü ərzində cavab verilməlidir.