"Yağışlar olanda ya avtomobildə yada tövlədə daldalanırıq" - Zeynalovlar ailəsi meriyadan kömək gözləyir
2 iyun tarixində yağan güclü yağış nəticəsində Marneuli şəhərinin Ağmaşenebeli küçəsi 25 ünvanında yaşayan Zeynalovlar ailəsinin evlərini su basmışdı. İndi yağış yağan zaman 8 nəfərlik ailə bir otaqlı mənzilərini tərk edərək, həyətlərindəki tövləyə və yaxud onlara məxsus olan avtomobilə sığınırlar. Onlar təkrar daşqını olmasından qorxurlar və bu cür qorunmağa çalışırlar.

Kiçik evdə yaşayan 8 nəfərlik ailənin evlərində olan bütün əşyalar iki iyun tarixində yağan güclü yağış nəticəsində su altında qalmışdı. Zeynalovlar ailəsinin evlərini su basdığı zaman aidiyyatı orqanlar onları müvəqqəti olaraq mehmanxanaya yerləşdirmişdilər. Mehmanxanada bir neçə gün qaldıqdan sonra ailə evlərinə qaytarılmışdı. İndi 8 nəfərlik ailə zərər görmüş bir otaqlı nəmli mənzildə yaşayır.

Zeynalovlar ailəsinin 33 yaşlı sakini Ruslanın sözlərinə görə, evlərində bütün məişət avadanlıqları, geyindikləri paltarlar və yaşadıqları mənzil zərər görüb. Yağışlı havada onlar yenidən evlərini suyun basacağından qorxurlar. O, deyir ki, seldən sonra komissiya onların evinə gəlib baxış keçirib. Amma bu günədək meriyadan cavab çıxmayıb və onların vəziyyəti ilə maraqlanmayıblar.



Hadisədən 18 gün keçməsinə baxmayaraq onlar meriyanın onlara göstərəcəyi köməyi gözləyirlər. Meriyanın isə əhaliyə dəyən ziyanı necə qarşılayacağı hələ ki heç kəsə məlum deyil.

Print ელ. ფოსტა
FaceBook Twitter Google