"Hakim müdafiə orderini qısa müddətə verir və qararını əsaslandırmır" - "GGHA" vəkili ailə zorakılığı haqqında

Qadına qarşı və ailədə zorakılıq və erkən evlənmə ilə bağlı Marneuli Mülki Məşğulluq Mərkəzində görüş baş tutdu.


Görüşdə Qadın otağının nümayəndələri, sosial xidmət agentliyinin regional xidmət əməkdaşları, prokurorlar, yerli resurs-mərkəzin əməkdaşları və səhiyyə nazirliyinin nümayəndələri iştirak edirdilər.

Görüşün məqsədi “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası” tərəfindən aşkarlanan səhvlərin müzakirəsi idi. Bununla bağlı bizimlə SAİA-nın Rustavi ofisinin vəkili Natia Kokiaşvili danışdı.

"Qeyd olunan mövzu ilə bağlı hansı qanunverici tədbirlər aparılmalıdır. Hansı qanuni təşəbbüslər var. Hansı səhvlərlər qarşılaşırıq, onları necə aradan qaldırmaq olar ki, qeyd olunan məsələ həll olunsun" - deyə Natia Kokiaşvili bildirdi.



Natia Kokiaşvili SAİA tərəfindən aşkarlanan problemlər haqqında danışdı. Onun sözlərinə görə, bu günə qədər polislərin problemi kəskin şəkildə durur. Onlar zorakılıq faktlarına uyğun olmayan şəkildə reaksiya göstərirlər və zərər çəkənləri zorakılarla qalmağa çağırırlar. SAİA-nın vəkili eləcə də qeyd edir ki, problemlər hüquqi proseslər zamanı da özünü göstərir. Bu zaman hakim mühafizə orderini qısa müddətə verir və onun tərəfindən qəbul edilmiş qərarı təsdiqləmir.

"Hakimin qurbana qarşı biganə yanaşması var. Qurbanı hakimin özü pisxoloji təsir altında qoyur. Eləcə də həbs orderinə dair utandırıcı vəziyyət mövcuddur. Təcrübədə görmüşük elə hallar olub ki, 5-10 günlük həbs orderi verilib"
- deyə Natia Kokiaşvili bildirdi.



SAİA-nın vəkili eləcə də qeyd edir ki, təşkilat təcrübədə elə hallarla qarşılaşıb ki, zorakı şəxsə qarşı mühafizə orderdindən istifadə olunub və o, özü də xeyrinə order yazılmış şəxs tərəfindən psixoloji zorakılıq qurbanı olub.

"Mühafizə orqanı zorakı şəxsə bəzi hərəkətləri qadağan edir. Ona yaxın ərazidən keçməməsi, ünsiyyətə girməməsi bizim üçün mühafizə hesab olunmur. Biz çox istəyirik ki, vaxtında elektro biləkliklər yaradılsın və zorakının qurbana yaxınlaşması zaman mühafizə orqanına siqnal ötürsün" - deyə Natia Kokiaşvili bildirdi.



“Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”nın görüşü Rustavi ofisi tərəfindən planlaşdırılmışdı.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები