Kvemo Kartlidə yaşayan gənclər Marneulidə keçirilmiş könüllülük
forumu vasitəsilə müxtəlif qeyri hökumət təşkilatları ilə
yaxınlaşma imkanı verildi.
Könüllülük forumu Marneulidə bu gün 21 iyun tarixində keçirildi.
Forumda 15 nəfər qeyri hökumət təşkilatı və 100-dən artıq könüllü
iştirak edirdi.
“Mülki Cəmiyyətin İnkişafı Təşəbbüsü” layihəsinin
koordinatoru Səbinə Babazadənin bildirdiyinə görə, forumun məmqsədi
Gürcüstanda mülki cəmiyyət mühitinin yaxşılaşdırılmasıdır.
“Gürcüstanda könüllülüyü təşviq edək, Kvemo Kartlidə bu layihə
yeddi bələdiyyədə keçirilir ki, bələdiyyədə olan təşkilatlar öz
təşkilatlarına könüllüləri qəbul etsinlər və onların inkişafına
yardımçı olsunlar” – deyə Səbinə Babazadə
bildirdi.
Səbinə Babazadənin dediyinə görə, forumun məqsədlərindən biri də
təşkilatların gücləndirilməsi, onların vətəndaşlar qarşısında
hesabat məsuliyyətinin artırılması və digər iştirakçılarla
əlaqələrin möhkəmləndirilməsidir.
Forumda Marneuli, Rustavi, Tsalka, Bolnisi, dmanisi və
Tetritskaroda fəaliyyət göstərən təşkilatlar iştirak edirdilər və
könüllülərə onlar üçün müvafiq istiqamət və bölgə seçmək imkan
verilirdi.
“Marneuli Demokrat Qadınlar Cəmiyyəti” gənc iqtisadçılar,
aqronomlar və biznes menecerlərə öz təşkilatlarında könüllülük
etməyi təklif edir. Bu haqda bizə “Marneuli Demokrat Qadınlar
Cəmiyyəti”nin sədri Olqa Endeladze məlumat verdi.
“Yerli istehsalçılar üçün biznes planların
hazırlanmasında iştirak edə bilərlər ki, kənd təsərrüfatı
biznesinin inkişafına dəstək olan başqa dövlət təşkilatlarında da
iştirak edə bilsinlər” – deyə Olqa Endeladze
bildirdi.
Rustavi Beynəlxalq Skaut Mərkəzi könüllülərə onların qeyri-rəsmi
təhsilə istiqamətlənmiş fəaliyyətlərinə qoşulmağı təklif edirdi.
Rustavi Beynəlxalq Skaut Mərkəzinin layihələr üzrə koordinatoru Tea
Kekua bildirdi ki, onların təşkilatının çoxtərəfli istiqamətləri
var ki, bu da gənclər üçün maraqlı ola bilər.
“Əgər kiminsə turizm istiqamətində arzusu varsa və bu
sahədə təcrübə qazanmaq istəyirsə, deyə bilərik ki, bizə müxtəlif
ölkələrdən gənclər gəlir və müxtəlif mübadilə layihələri təşkil
olunur, bunun vasitəsilə də gənclərin turizm xidməti sahəsində öz
imkanlarını inkişaf etdirmək üçün müxtəlif əlaqələr qurmaq
imkanları olur” – deyə Tea Kekua bildirdi.
Könüllülər forumu Kvemo Kartli Bölgə Şəbəkəsi tərəfindən Təhsilin
İnkişafı və İşlə Təminat Mərkəzinin (EDEC) dəstəyi ilə “Mülki
Cəmiyyətin İnkişafı Təşəbbüsü” layihəsi (2017-2020) çərçivəsində
təşkil olunmuşdu.
Layihə Avropa İttifaqı və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf
Federal Nazirliyi tərəfindən maliyyələşir.