Zaur Tabatadze gürcü dilini bilməməyə görə sakinləri günahlandırır, EMC isə bunu qeyri-düzgün siyasi vurğu olaraq dəyərləndirir
İnsan Haqlarının Araşdırılması və Monitorinqi Mərkəzi Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadzenin etnik azlıqların gürcü dilini öyrənməsi ilə bağlı şərhini cavabdehliyin dövlətin üzərindən vətəndaşın üzərinə atılması kimi dəyərləndirib. Mərkəzin nümayəndəsinin bildirdiyinə görə, o, cavabdehliyi vətəndaşların üzərinə atmaqdansa, dövlət dilinin öyrənilməsinin zəif olması ilə bağlı dövlət siyasətinə tənqidi yanaşmalı idi.

İnsan Haqlarının Araşdırılması və Monitorinqi Mərkəzinin Bərabərlik layihəsinin proqram direktoru Tamta Mikeladze “Marneuli” radiosuna bildirdiyinə görə, Zaur Tabatadzenin Dəmyə kəndində yerli sakinlərlə görüşü bəzi fikirlər baxımından problemlidir və burada iki mühüm siyasi çatışmazlıq var. Bunlardan biri məhz gürcü dilinin öyrənilməsi ilə bağlıdır.

“Onun tərəfindən diqqətin ona yönəldilməsi ki, dövlət dilini öyrənin biz sizin üçün hər şeyi yaradırıq - bu müəyyən dərəcədə problemin qeyri-düzgün interpretasiyası və digər tərəfdən cavabdehliyin dövlətin üzərindən vətəndaşın üzərinə atılmasıdır. Halbuki yerli sakinlər videoda dili öyrənməyə çalışdıqlarını bildirirlər. Bu məhz etnik azlıqlarla bağlı siyasətə baxışda çox simptomatik və çox mühüm çatışmazlıqlardır ki, bu bəyanatda aşkara çıxıb” – deyə Tamta Mikeladze bildirdi.



“Marneulinin meri Zaur Tabatadzenin Dəmyə kəndində yerli icma ilə görüşü zamanı verdiyi bəyənat konsepsual olaraq bir neçə fikirə görə problemlidir.

“Gürcü dilinin öyrənilməsi ilə bağlı o, təxmini olaraq belə fikir bildirib: “İnkişaf edin. Bir adam tapın və təhsil verin. Biz (dövlət) hər yerdə deyirik gürcü dilini öyrənin. İnteqrasiya olmaq üçün gürcü dilini öyrənin”. O, burada da siyasi olaraq səhv vurğu edir. O, dil və ümumiyyətlə təhsil problemi ilə bağlı dövlətin öhdəliklərini və məsuliyyətini müzakirə etmək əvəzinə dil öyrənmək yükünü icmanın, adamların üzərinə yükləyir. 2012-ci ilin tədqiqat göstəricilərinə əsasən, Kvemo Kartlidə yaşayan 6 yaşdan yuxarı milli azlıqların 71,5% dövlət dilində danışa bilmir. Bu göstərici xüsusən etnik olaraq azərbaycanlılarda yüksəkdir – 78,3%, ancaq erməni əhalisində isə - 36,6%-dir. Etnik azlıqların təhsil və dil tədrisinin təmin edilməsi dövlət üçün vacib problemdir. Dil problemi ilə birgə o, təhsil almaq dərəcəsini və ümumiyyətlə bu qrupların inkişafı və siyasi iştirakı məsələsini də qeyd edir” – deyə Tamta Mikeladze bildirdi.

Tamta Mikeladze diqqəti məktəblərdə gürcü dilinin öyrənilməsi proqramlarına yönəldir. Onun fikrincə bu proqramlar zəifdir və kifayət etmir.

"Qeyri gürcü dilli şagirdlərdə attestat imtahanlarından kəsilmə faizi gürcü dilli məktəblərin faizindən kəskin şəkildə çoxdur. Azərbaycanlı və azərbaycan sektoru olan məktəblərdə 50%-dən 65%-ə qədər dəyişir. Həmçinin, erməni dilli və erməni sektoru olan məktəblərdə də yüksək imtahandan kəsilmə göstəriciləri qeydə alınır. Gürcü dilinin tədris proqramları məktəblərdə yenə də zəif və yetərsiz dərəcədədir. Biliqnual dərsliklərin və müəllimlərin dərəcəsi problemlidir. Etnik azlıqlara aid müəllimlərin gürcü dili səviyyəsi aşağıdır. Bu şəraitdə gürcü dilinin tədrisi baxımından dövlət radikal müsbət addımlar atmır, məsuliyyətin mərkəz admlarının və sosial rupların üzərinə qoyulması düzgün yanaşma deyil. Ümumilikdə etnik azlıqların aşağı səviyyədə siyasi və sosial iştirakı və bərabərliyə dəstək olacaq siyasi ritorikanın zəifliyi hakimiyyət tərəfindən gürcü siyasəti layihəsinə etnik azlıqların birləşdirilməsini onsuz da zəiflətdiyindən danışmırıq. Aydındır ki, bu da onlar tərəfindən dilin tədrisi motivasiyasına təsir göstərir. İnsanlara möhkəm və inandırıcı təəssüratın və gözləntinin yaradılması lazımdır ki, onlar tərəfindən gürcü dilinin tədrisi şərtlərində onlar həqiqətən də mövcud siyasi və sosial sistemin bir hissəsi olacaqlar və istifadə edəcəklər, tələb edəcəklər və ictimai dəyər və yaxşılıqları dəyişdirəcəklər. Məhz bu motivasıyanı insanların gürcü diini öyrənmək istəyinin olmaması və y abuna cəhd göstərməmələri deyil, rəhbər olmuş etno-dini nasionalizm, zəif inteqrasiya siyasəti, aşağı siyasi iştirak, sosial və iqtisadi zəiflik, mədəni hiyerarxiyalar zəiflədir - deyə Tamta Mikeladze bildirdi.

Tamta Mikeladze deyir ki, ictimai bəyanat nəticəsində müəyyən baxışlar yaranır və daha məsuliyyətli bəyanatın verilməsi daha mühüm olardı. Söhbət Marneuli merinin səlahiyyətlərini icra edən şəxsin bəyanatından gedirsə, o, milli azlıqların problemlərini daha çox hiss etməli və buna daha həssas yanaşmalıdır.

“İlk növbədə onun yerlilərin dövlətə qarşı düzgün fikri olduğuna dair və onlar “bizim” yanımızda dururlar və dövlət tərəfindən ardıcıl olaraq həyata keçirilmiş müsbət tədbirləri görürlər (Məsələn: su probleminin həlli) vurğusu, aşağıdakı mətndə siyasi olaraq səhv məzmundan ibarətdir: O, vətəndaşların ifadəsindən və başqaları kimi səhv bölmə işarələrindən ibarətdir ki, bu da vətəndaşlığın siyasi ideyasına etnik identliyə görə fərqləndirmə ideyasının səhv şəkildə daxil edilməsidir; O, etnik azlıqların hakimiyyətə qarı yüksək loyallıq göstəməsini tələb edir və qeyd edir ki, onların hakimiyyətin yanında durması vacibdir və onların cəhdlərinə görə minəttardırlar. Etnik azlıqların dərk etməsi ki, onlar hakimiyyətə qarşı yüksək loyallıq göstərməlidirlər və daha az siyasi olmalıdırlar (yəni ö tələblərini və problemlərini gün qrafikində tənqidi şəkildə qoymasınlar) hakimiyyətlərin və siyasi qrupların yol verdiyi tipik səhvdir. Aydındır ki, etnik azlıqların siyasi iştirakının, mülki tənqidinin qəbul edilməməsi onların natamam vətəndaş oolaraq dərk edilməsi problem ilə bağlıdır” - deyə Tamta Mikeladze bildirdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები