Marneulidə Rustaveli küçəsində maşın sındırılıb

Marneulidə Rustaveli küçəsində maşın sındırılıb. Hadisə 27 iyun tarixində axşam saatlarında baş verib.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, alkohollu içkinin təsiri altında olan bir şəxs maşına daşla vuraraq zərər yetirib.

Cinayət Məcəlləsinin 187-ci maddəsi üzrə istintaq davam edir. Həmin maddə başqa bir şəxsin əşyasına əhəmiyyətli dərəcədə xətər yetirmə və ya məhv etməni nəzərdə tutur.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google