Marneuli 2 saylı ictimai məktəbdə qeyri-qanuni olaraq keçirilmiş imtahanların nəticələri ləğv olundu

Marneuli 2 saylı ictimai məktəbinin 9-cu sinif şagirdlərinin valideynləri meriya qarşısında etiraz aksiyası keçirdilər. Onları ümumi bir məsələ, məktəbin imtahanları ilə bağlı çatışmazlıqlar narahat edirdi.

9-cu sinif şagirdləri 28 iyun tarixində 9 fənn üzrə imtahan vermiş və əksəriyyəti imtahandan keçə bilməmişdi. Bu faktisə valideynlərin reaksiya verməsinə səbəb olmuşdu. Bu gün onlar Marneulinin majoritar deputatı Ruslan Hacıyevlə görüşdülər. Ruslan Hacıyev isə vəziyyəti aydınlaşdıracağını vəd etdi. Valideynlər Meriya binası ərazisindən iki saylı məktəbə getdilər və məktəbin müdiriyyəti ilə görüşdülər.

Şorena Xuxua bizimlə söhbətində bildirdi ki, o, qəyyumlar şurasına təklif irəli sürüb. Bu təklifə əsasən 6-cı sinifdə imtahanlar ləğv olunur və 7-ci sinfə keçir.

“6-cı sinifdəki uşaqların 90%-i 5 yaşında gələn uşaqlardır. Mən dedim ki, 6-cı sinifdə imtahanları ləğv edək, 7-ci sinifdə olsun imtahan. Lakin dərslərə davamiyyəti yaxşı olmadığına görə sinifdə qalan 21 nəfərə gəldikdə, onlar indi həyəcanlı olduqları vaxtda deyil, 5 sentyabradək imtahan verəcəklər”
– deyə Şorena Xuxua bildirdi.

İki saylı məktəbin direktorunun sözlərinə görə, imtahanlardan kəsilən 42 nəfərdən 21-i onsuz da sinifdən sinfə keçmək üçün lazım olan davamiyyət balını toplaya bilməmişdi, buna görə də onlar üçün payız imtahanının keçirilməsi vacibdir.

Şorena Xuxua onu da qeyd etdi ki, 6-cı sinif üçün imtahanların ləğv edilməsi 9-cu sinif üçün imtahanların ləğv edilməsinə də səbəb olub. Buna görə də onlar yenidən imtahan verməli olacaqlar. Ancaq bu dəfə 9 deyil, qanunda nəzərdə tutulduğu qaydada 2 fənn üzrə imtahan olacaq. İmtahanlar arasında isə bir günlük fasilə olacaq.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები