2019-cu ildən süd qəbul edən müəssisələrin heyvanları identifikasiya olunmamış fermerlərdən süd alması qadağan olunacaq
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı regionarda fermerlərin məlumatlandırılması kampaniyasına başladı. Kampaniya çərçivəsində bu gün Marneulinin ictimai kitabxanasında görüş baş tutdu.

Görüşün məqsədi fermerlərin zamanında yeni tənzimləmələr haqqında məlumatlandırılmasıdır ki, 2019-cu ilin bir yanvar tarixindən qüvvəyə minəcək və süd götürən zavodlara heyvanı Milli Ərzaq Mühafizəsi Agentliyi tərəfindən identifikasiya edilməmiş fermerdən süd almaq qadağan olunacaq.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının Kommunikasiyalar üzrə ofisseri Nino Topuridze deyir ki, yeni tənzimləmələrlə bağlı əhalinin zamanında məlumat alması vacibdir ki, dəyişikliklərə hazır olsunlar.

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Marneulidəki sallaqxanalar, süd məhsulu zavodları və fermerlərlə görüşür ki, 2019-cu ilin 1 yanvarından qüvvəyə minəcək yeni tənzimləmələr haqqında məlumat versin. Çalışırıq ki, vaxtında əhalini məlumatlandıraq ki, dəyişiklikləri hazır şəkildə qarşılasınlar" -deyə Nino Topuridze bildirdi.



BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının - FAO identifikasiyası - qeydiyyat proqramının rəhbəri Mixeil Soxadzenin izahatına görə, qeyd olunan dəyişikliyin məqsədlərindən biri süd məhsulları istifadəçilərinin müdafiəsi və ölkədə süd məhsularının keyfiyyəti və yaxşı olmasıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google