Bu gün, 5 iyul tarixində ictimai kitabxanada Marneulidə ilk uşaq
meydançasının qurulması üçün alternativ sahənin ayrılması ilə bağlı
görüş keçirilib. Rayn Smitin uşaq meydançasının qurulması
təşəbbüsünü bir çox valideynlər dəstəkləyir.
Məhz bu məqsədlə onlar bu gün Marneulinin mer vəzifəsini yerinə
yeirən Zaur Tabatadze və merin müavini Laşa Lobjanidze ilə
görüşdülər.
Zaur Tabatadzenin sözlərinə görə, atraksionların yerləşdirilməsini
istədikləri yerin Rustaveli küçəsində olmasını dəstəkləmir. Orada
çox nəqliyyat vasitələrinin hərəkət etdiyi və maşınların tüstüsünün
uşaq sağlamlığına zərər vurması baxımından uyğun deyil.
Valideynlərin bələdiyyənin atraksionarın hədiyyə etməsinə dair
suala isə Zaur Tabatadze cavab verib ki, təşəbbüs yaxşıdır və o,
valideynlərlə görüşə tam hazır olduğunu bildirib və görüşdə
alternativ sahənin tapılmasına cəhd göstərəcəklər.
“Meriyanın heç bir etirazı yoxdur. Ancaq bunun mərkəzi Rustavei
küçəsində olmasının tərəfdarı deyiləm. Çünki Rustaveli küçəsi
avtomobillərin hərəkəti ilə onsuz da yüklüdür. Uşaqların sağlamlığı
üçün məkan yaratmaq istəyiriksə bunun əksni etmiş oluruq. İş
görüşməsi yenə keçirəcəyik” – deyə Zaur Tabatadze bildirdi.
Zaur Tabatadze görüşdə deyib ki, meriya uşaqların əyləncə
meydançasının qurulmasının qayğısına qalır, ona görə də milyonluq
layihənin üzərində çalışırlar və yaxın gələcəkdə başa çatacaq.
İşlər üçün tender elan edəcəklər.
Yeni əyləncə parkı Marneulidə mədəni irs statusu olan abidənin
“Yenə də böyüyəcəklər”in yerləşdiyi ərazidə yerləşəcək. Marneulidə
abidənin yerləşdiyi giriş yolu maşınarın Kvemo Kartliyə hərəkət
edəcəyi yeganə yoldur. Ancaq Zaur Tabatadze qeyd edir ki, abidə
müqayisədə əsas yoldan aralı yerləşir və ona görə də hesab edir ki,
orada maşınların tüstüsü az olacaq.
Görüşdə iştirak edən valideynlərdən biri Nona Samxaradze deyir ki,
müsbət yanaşması var və ümid edir ki, meriya uşaq meydançasını
qurmaq üçün alternativ sahə tapacaq.
“Bu mövzuda müsbət yanaşmam var. Bugünkü görüş onun təsdiqidir ki,
bələdiyyə bu mövzunu bizimlə müzakirə etməyə hazırdır. Bizim
uşaqlarımız üçün iki atraksion olacaq məkan olmalıdır. İnanıram ki,
bələdiyyə bunun üçün yer ayıracaq” – deyə Nona Samxaradze
bildirdi.
Daha bir görüşün planlaşdırılması üçün valideynlərin təşəbbüs qrupu
meriyaya rəsmi ərizə daxil etməli olacaqlar. Bu haqda isə meriyanın
müxtəlif xidmətləri ilə birgə alternativ sahənin axtarımasına dair
müzakirə apara biləcəklər.
Xatırladaq ki, Marneulidə ilk uşq meydançasının qurulmasının
təşəbbüskarı Rayn Smit artıq bir ildir ki, meriya ilə kommunikasiya
yaratmaq üçün müxtəlif yolların axtarışındadır.