Kənd təsərrüfatı sektoru nümayəndələrinin öz sosial şəbəkəsi olacaq

Fermerlər və fermerlər sahəsində iştirak edən tərəflərin birləşməsi məqsədilə yeni agroface.ge portalı yaradılıb.


Yeni platformada istər fermer, istər istehsalçı, istər emalatçı, ticarətçi, kooperativ, istərsə də mütəxəssis və ya başqası olsun – istənilən şəxs qeydiyyatdan keçə və onun üçün maraqlı olan məlumatı əldə edə bilər. Bu barədə “agroface”-in baş meneceri Rusudan Qiqaşvili məlumat verdi.

“Onlar tərəfindən aktivlik düzgün həyata keçirilməlidir. Çox hallarda məlumat məqsədli auditoriyaya çatmır. Biz istəyiril bir pəncərə prinsipi olsun və şəxs birbaşa kənd təsərrüfatına aid olan bütün suallara cavab alıb çıxsınlar”
– deyə Rusudan Qiqaşvili bildirdi.



Rusudan Qiqaşvili həmçinin bildirdi ki, “agroface”-in çoxlu alternativi var ki, bunlar da orada qeydiyyatdan keçən istifadəçilərin özlərini inkişaf etdirməsinə yardımçı olacaq.

“Bunum hamısı ona istiqamətlənib ki, kənd təsərrüfatı sahəsi inkişaf etsin, insanlar məlumat alsın. Müasir texnologiyalar olacaq. Burada xarici və Gürcüstan təcrübəsi olacaq” - deyə Rusudan Qiqaşvili bildirdi.



“Agroface”-də qeydiyyat və ünsiyyətin yaradılması 5 dildə mümkündür. Portalda gürcü dili, azərbaycan dili, erməni dili, ingilis dili və rus dilinin olması istifadəçiyə müxtəlif ölkələrdəki yeniliklərlə bağlı məlumat almağa, yalnız Qafqazda deyil, eləcə də bütün Avropa ölkələrində tərəfdaş tapmağa kömək edəcək.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები