Marneulidə yaşayan Rayan Smit və onun ailəsi güman ki, öldürülüblər
Amerika vətəndaşları Rayan və Lora Smitlərin cəsədini xilasedicilər Duşeti bələdiyyəsinin Xada dərəsində tapıblar və onların öldürüldüyü güman olunur. Onların 4 yaşlı övladının axtarışıları isə hələlik bir nəticə verməyib.

Xada dərəsi ərazisində yaşayan sakinlər "Mtis ambebi"yə bildiriblər ki, şəlaləyə yaxın ərazidə xilasedicilərin tapdığı kişinin cəsədi çılpaq imiş və zədələr var imiş.

"Mtis ambebi"nin ekskluziv məlumatına görə, Dzkere kəndinə yaxın ərazidə çadır quran Amerika vətəndaşlarını şəlaləyə yaxın ərazidə çalışan 19 yaşlı çoban aparıb. O, Xada dərəsinin sakini deyil.

Yerlilərin məlumatına görə qətlin səbəbi qadına qarşı zorakılıq ola bilərdi və bu zaman onun həyat yoldaşı buna qarşı çıxması kimi hallar müzakirə olunur. Dəqiq məlumata görə polis çobanı sorğulamaya aparıb.

"Mtis ambebi" Rayan Smitin cəsədində zədələrin qeydə alınıb alınmamasını dəqiqləşdirmək üçün DİN-lə əlaqə saxlayıb. Çünki dünən yayımlanan məlumata görə DİN qeyd edirdi ki, ilkin müşahidələr zamanı cəsədlərin heç birində zorakılıq əlamətləri qeydə alınmayıb. DİN-dən hadisə ilə bağlı şərh verməyiblər.



Marneulidə yaşayan amerikalı ailə Qudauridə ölmüş vəziyyətdə tapılıb.


Qeyri-rəsmi məlumatlara görə, Marneulidə yaşayan Rayan Smit və ailəsi Qudauridə ölmüş vəziyyətdə tapıblar. Onların qəfil daşqın nəticəsində dünyalarını dəyişdiyi ehtimal olunur.

Yayılmış məlumata görə, Rayan və onun həyat yoldaşı Loranın cəsədlərini tapıblar, onların 4 yaşlı övladları Kaylebi isə hələlik tapmaq mümkün olmayıb.

Smit ailəsinin Marneulidə yaşayan dostlarının dediyinə görə, iki gün əvvəl Lora ilə əlaqə saxlaya bilməyən dostları Amerika səfirliyinə müraciət ediblər. Səfirlikdən onlara bildiriblər ki, Lora Smiti, bir az aralıda isə Rayan Smiti ölmüş vəziyyətdə tapıblar. Onların övladını isə hələ də axtarırlar.

“Reginfo”nun məlumatına görə, hadisə Duşeti bələdiyyəsində, Xada dərəsində baş verib. Hüquq mühafizəçiləri itkin düşmüş turistlərə məxsus maşını və şəxsi əşyaları aşkarlayıblar. Fövqəladə Halların İdarəolunması Xidmətinin xilasediciləri intensiv axtarış nəticəsində itkin düşmüş turistlərdən birini maşından iki üç kilometr aralıda, dərədə, şəlalənin ətəyində ölmüş vəziyyətdə tapıblar. Digər iki turistin isə axtarışı və xilasetmə tədbirləri çətin relyef və qaranlıqda görüntünün pis olmasına görə dayandırılıb.

Axtarış işləri bu gün səhər saatlarında davam etdirilib. Dərədəki şəlalə yaxınlığında daha bir turist – kişi cəsədi aşkarlanıb. Qaranlıq düşdüyünə görə axtarış işləri dayandırılıb və sabah səhər saatlarından etibarən davam etdiriləcək.

Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarış-xilasetmə tədbirlərində 25 xilasedici iştirak edir.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır. Həmin maddə ehtiyatsızlıq üzündən həyatın itirilməsini nəzərdə tutur.

İstintaq çərçivəsində tibbi ekspertiza təyin olunub. İlin müşahidələrə görə, heç bir cəsəddə zorakılıq əlamətləri yoxdur.


Rayan Smit Marneulidə Azərbaycan xalçaları biznesi ilə məşğul olurdu. O, 7 ildir ki Marneulidə yaşayırdı. Məhz Rayan Smit Marneulidə uşaqlar üçün ilk meydançanın yaradılmasının təşəbbüskarı idi və meydançanın yaradılması xərclərini də öz üzərinə götürməyi planlaşdırırdı.

“Marneuli” radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google