Bu gün, 12 iyul tarixində Marneulidə Smit ailəsinin mülki yas mərasimi keçirildi
Bu gün, 12 iyul tarixində Marneulidə Smit ailəsinin mülki yas mərasimi keçirildi.
Smit ailəsinin dostları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və yerli sakinlər qətlə yetirilmiş ailənin yaşadığı evin qarşısına toplaşdılar.


Daha sonra isə Rustaveli küçəsinə, 8 avqust müharibəsində həlak olan qəhrəmanların memorialı olan əraziyə, Rayan Smitin öz xərci hesabına uşaqlar üçün meydança yaratmaq istədiyi yerə hərəkət etdilər.



Ora toplanmış insanlar qətlə yetirilmiş ailənin xatirəsini yad etdilər. Mülki yas mərasimində dostları çıxış etdilər, Rayan Smitin onlara necə kömək etdiyini, necə dəstək olduğunu xatırladılar. Həmçinin, uşaq meydançasının yaradılması ilə bağlı təşəbbüs bir daha səsləndirildi. Dostları, Marneulili fəallar və qeyri-hökumət təşkilatı nümayəndələrinin fikrincə Marneulidə Smit ailəsinin adının yaşadılması üçün mütləq uşaq meydançası yaradılmalıdır və bunun üçün imza toplanacaq.
Mülki yas mərasimində yerli hakimiyyətdən heç kəs iştirak etmirdi.

Daha ətraflı "Facebook" vasitəsilə canlı yayımımızdan izləyə bilərsiniz.

Print ელ. ფოსტა
FaceBook Twitter Google