Ola bilsin Lora Smit seksual zorakılıq qurbanı olub. Gürcüstanın
Daxili İşlər Nazirliyi məhz bu versiya üzırindı çalışır.
“Netgazetiyə” müəssisənin mətbuat xidmətindən bildirirlər ki,
istintaq indi ekspertizanın cavabını gözləyir və əlavə məlumat
yaymaqdan çəkinirlər.
DİN-in məlumatına görə, 2018-ci ilin 6 iyul tarixində 112-yə
Amerika və Gürcüstanın ikili vətəndaşlığı olan ər-arvad və onların
4 yaşlı övladının itməsi haqqında mesaj daxil olub. Mesaja əsasən
övladları ilə birgə Xadi xiyabanına övladları ilə birgə gedən Rayan
və Lora Smitlərlə əlaqə yarada bilmirlərmiş.
6 iyul tarixində polislər şəlalənin yanında Lora Smitin cəsədini
tapıblar. İkinci gün isə Rayan Smitin cəsədini aşkar ediblər. Həmin
gün DİN-in bəyənatına əsasə, saxlanılanın qeyd etdiyinə görə polis
4 yaşlı uşağın basdırılmış cəsədini də tapıbmış.
İlk əvvəl DİN bildirirdi ki, ilkin baxışda cəsəddə zorakılıq izi
qeydə alınmayıb. İstintaq ehtiyatsızlıqdan həyatını itirmək maddəsi
ilə başlamışdı, ancaq tibbi ekspertizanın ilkin göstıricilərini
aldıqdan sonra iş qəsdən adam öldürmı maddəsi ilə əvəz olunub.